Talişka Beşiktaş oyununu tribunadan izlədi, Fənərbaxça azarkeşlərinin rəğbətini qazandı - VİDEO

Talişka Beşiktaş oyununu tribunadan izlədi, Fənərbaxça azarkeşlərinin rəğbətini qazandı - VİDEOZiraat Türkiyə Kubokunun C qrupunun ilk turu çərçivəsində Fənərbaxça ilə Beşiktaş Çobani Stadionunda üz-üzə gəlib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qarşılaşmanı tribunadan izləyənlər arasında sarı-lacivərdlilərin zədəli futbolçusu Anderson Talişka da olub.

Fənərbaxçanın braziliyalı yarımmüdafiəçisi Anderson Talişka ikas Eyüpsporla oyunda zədə almışdı. Klubun yaydığı açıqlamada bildirilib ki, futbolçunun Ataşehir Medicana Xəstəxanasında MRT müayinəsi aparılıb və sağ ayağın aşağı əzələsində dartılma və qanaxma aşkarlanıb. Oyunçunun müalicəsinə başlanılıb.

Zədədən sonra Talişka Fənərbaxça azarkeşlərinin böyük rəğbətini qazanıb. Braziliyalı futbolçu ailəsi ilə birlikdə Milad bayramını qeyd etmək üçün ölkəsinə getmək əvəzinə İstanbulda qalaraq komandasının Beşiktaşla oynadığı derbini stadiondan izləyib.

Talişkanın bu davranışı sarı-lacivərdli azarkeşlərin diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə edilən çoxsaylı paylaşımlarda Milad icazəsi alaraq derbidə forma geyinməyən Ederson və Jhon Duran nümunə göstərilərək Talişkanın fədakarlığı vurğulanıb. Azarkeşlər, "O da ölkəsinə gedib Milad bayramını qeyd edə bilərdi", "Zədəli olmasına baxmayaraq bayram etməyib, oyuna gəlib. Halal olsun", "Talişkaya hörmətim və sevgim bir qat daha artdı" kimi şərhlər yazıblar.

Braziliyalı futbolçunun bu addımı Fənərbaxça camiəsində yüksək qiymətləndirilib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 648   Tarix: 25 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya

17 sentyabr
.

"İnter Mayami" David Alaba ilə maraqlanır

İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə

19 sentyabr
.

"Barselona" hücumçu Roberto Fernandeslə maraqlanır

İspaniyanın "Barselona" klubu "Espanyol"un hücumçusu Roberto Fernandeslə maraqlanır. "Report" xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı ispaniyalı forvard Kataloniya təmsilçisinin potensial transferləri siyahısına daxil edilib. Bildirilir ki, Fernandesin namizədliy

17 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

Elvin uzun müddət sonra belə görüntüləndi - Video

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) klubu ilə keçirilən gərgin cavab qarşılaşmasında ağır zədə alan "Qarabağ"ın aparıcı futbolçusu Elvin Cəfərquliyev uzun fasilədən sonra ilk dəfə kameraların obyektivinə tuş gəlib. "Qafqazinfo" xəbər verir ki

19 sentyabr
.

Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?

Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb

13 sentyabr
.

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak

10 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr