Məşhur futbolçunun Milad paylaşımı izləyiciləri qəzəbləndirdi
"Liverpul" klubunun və Misir milli komandasının ulduz futbolçusu Məhəmməd Salah Milad bayramı münasibətilə etdiyi paylaşım ilə yenidən sosial mediada müzakirələrə səbəb olub. Müsəlman futbolçu kimi hər il bu ənənəni davam etdirməsi bəzi izləyicilər tərəfindən tənqid edilsə də, paylaşımı anlayış və dəstək mesajları ilə qarşılayanlar da az olmayıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu 11 yaşlı qızı Makka və 5 yaşlı qızı Kayanla birlikdə bəzədilmiş Milad ağacının önündə çəkilən şəkli sosial şəbəkə hesabında yayımlayıb. Fotoya yalnız "#MerryChristmas" qeydini əlavə edib.
Paylaşımdan sonra bəzi izləyicilər Salahın mesajının İslam inancı ilə uyğun gəlmədiyini irəli sürüb. Şərhlərdə futbolçunun nümunəvi şəxsiyyət kimi daha diqqətli davranmalı olduğu vurğulanıb və bu cür paylaşımların yanlış nümunə yarada biləcəyi iddia edilib.
Tənqidlərə baxmayaraq, paylaşım çoxlu sayda müsbət rəy də toplayıb. Həm müsəlman, həm də qeyri-müsəlman izləyicilər Salahın mesajını tolerantlıq və birlik çağırışı kimi dəyərləndiriblər. Şərhlərdə fərqli inanclara hörmətin önəmi vurğulanıb və futbolçunun bu ənənəni uşaqları üçün mənalı şəkildə davam etdirdiyi qeyd olunub.
Qeyd edək ki, Salah Milad günlərini ailəsi ilə keçirə bilməyib. Afrika Millətlər Kuboku çərçivəsində milli komandanın düşərgəsində olan misirli futbolçu Milad günü məşq edib. Karyerasında ilk Afrika Millətlər Kubokunu qazanmağı hədəfləyən Salah üçün bu dövrdə futbol əsas prioritet olub.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1177 Tarix: 26 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"İnter Mayami" David Alaba ilə maraqlanır
İspaniyanın "Real" klubunun sabiq futbolçusu David Alaba karyerasını MLS-də davam etdirə bilər. "Report" xarici mətbauta istinadən xəbər verir ki, ABŞ təmsilçisi "İnter Mayami" 34 yaşlı müdafiəçi ilə maraqlanır. Klub təcrübəli oyunçunu heyətinə qatmaq variantını nəzərdə
19 sentyabrAzərbaycan Kubokunun püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, tədbirdə təsnifat mərhələlərində qarşılaşacaq cütlüklər müəyyənləşib. Azərbaycan Kuboku. I təsnifat mərhələsi. 7-8 oktyabr. "Marafon" - "Dinamo". "Qarada
18 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabr"Neftçi" serbiyalı basketbolçu Aleksa Stepanoviçlə müqavilə bağlayıb
"Neftçi" basketbol komandası serbiyalı Aleksa Stepanoviçlə mövsümün sonuna qədər müqavilə imzalayıb. Bu barədə -a klubun mətbuat xidmətindən bildirilib. Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçunun son klubu Serbiya liqasında mübarizə aparan "Hertseqovats Qaydobra" olub
10 sentyabr"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub. Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyunund
11 sentyabrAzərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb?
Azərbaycanda eşşəklərin sayı son illər sürətlə azalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınıb. Halbuki 2025-ci ildə bu göstərici 12 700 baş olub. Beləliklə, cəmi bir il ərzində eşşəklərin sayı 2 400 baş və ya təxminən 19 faiz azalıb
13 sentyabr"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır
18 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr