"Vəkil" Səbiyyə Panəliyeva Şirvan sakinini yenidən aldatdı? -Video
Şirvan şəhəri sakini Əsədullayev Nicat redaksiyamıza müraciət edərək "vəkil" adı altında fəaliyyət göstərən Səbiyyə Panəliyeva onu aldadaraq ümumilikdə 1980 manat məbləğində pulunu mənimsədiyini bildirib. Vətəndaşın sözlərinə görə, həmin şəxs heç bir hüquqi statusu və vəkillik vəsiqəsi olmadan onu inandıraraq xidmət vədi verib və ödəniş alıb.
Nicat Əsədullayev qeyd edir ki, ödədiyi məbləğin bir qismini geri ala bilsə də, hazırda 595 manat hələ də geri qaytarılmayıb. Daha acınacaqlısı odur ki, o, pulu tələb etdikdə qarşı tərəf təhqirə, hədə-qorxuya və şantaja əl atıb:
"Əvvəlcə vəkil kimi təqdim etdi özünü. Mən də inandım, dediyi məbləği ödədim. Amma heç bir iş görmədi. İndi də pulu tələb etdiyim üçün məni təhqir edir, ailəmi narahat edir, psixoloji təzyiq göstərir."
Zərərçəkmiş bu şəxsin fəaliyyətinin hüquqi məsuliyyət doğurduğunu bildirib və məsələnin ictimailəşdirilərək aidiyyəti qurumlar tərəfindən araşdırılmasını tələb edir.
Bu cür hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət məsuliyyəti yarada bilər.
Media orqanı olaraq qarşı tərəfi də mövqeyini açıqlamağa dəvət edirik. Əgər iddialar təsdiqlənərsə, hüquq-mühafizə orqanlarının dərhal müdaxilə etməsi və digər vətəndaşların da aldadılmasının qarşısının alınması vacibdir.
Bu cür dələduz hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına və KİV-ə məlumat verməkdən çəkinməyin.
Qeyd edək ki, Səbiyyə Panəliyeva haqqında əvvəldə xəbər verilmişdir.
Mənbə: Xalq
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 752 Tarix: 28 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşlar
20 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrAtatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO
Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim
14 sentyabrİtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrBadamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğında
16 sentyabr