Hansı qidalar bağırsaqlarınıza zərər verə bilər? - Təhlükəli məhsullar

Hansı qidalar bağırsaqlarınıza zərər verə bilər? - Təhlükəli məhsullarPopulyar bəzi məhsulların qəbulu bağırsaqların sağlamlığına zərər verə bilər.

Qaynarinfo xəbər verir ki, bu səbəbdən mütəxəssislər "Prevention" nəşrinə müsahibədə orqanizmə mənfi təsir göstərən, eləcə də istifadəsi məhdudlaşdırılmalı və ya tamamilə tərk edilməli olan məhsullar barədə danışıblar.

Bağırsaqlara ən çox zərər verən məhsullar

Mütəxəssislər hesab edirlər ki, bağırsaqlar üçün ən zərərli məhsullar yüksək dərəcədə emal olunmuş qidalar və şirin içkilər, o cümlədən qazlı və enerji içkiləridir. Tibb elmləri doktoru Pratima Dibba bildirir ki, emal olunmuş, xüsusilə də turş tərkibli məhsullar bağırsağın selikli qişasına zərər verə bilər. Bu zədələnmə "keçirici bağırsaq sindromu" adlanan vəziyyətə səbəb ola bilər.

Klivlend Klinikasının məlumatına görə, bu sindrom həzm sistemi xəstəliklərinin, autoimmun pozuntuların, metabolik problemlərin və digər xəstəliklərin inkişafında rol oynaya bilər.

"Live It Up" platformasında qeydiyyatdan keçmiş diyetoloq-nutrisiyoloq Lena Bakoviç vurğulayır ki, adi qazlı içkilər heç bir qida dəyəri olmayan "boş kalorilər" mənbəyidir. Onun sözlərinə görə, tərkibində çoxlu əlavə şəkər olan məhsullar faydalı bakteriyaların balansını pozur və bağırsaqlarda zərərli bakteriyaların həddindən artıq çoxalmasına şərait yaradır.

"Infectious Medicine" jurnalında dərc olunan araşdırmaya əsasən, mikrobiom balansının pozulması 2-ci tip diabet, piylənmə, alkoqolsuz qaraciyər xəstəliyi, kardiometabolik xəstəliklər, xərçəng, artrit, depressiya, yuxu pozuntuları və hipertenziya ilə əlaqələndirilir.

Nəşrdə qeyd olunur ki, problem yalnız yüksək şəkər tərkibli məhsullarla məhdudlaşmır. Tədqiqatlar göstərir ki, süni şirinləşdiricilər də bağırsaq sağlamlığına mənfi təsir göstərə bilər.

Bundan əlavə, qazlı və enerji içkilərinin tez-tez qəbulu kifayət qədər su içilmədiyini göstərə bilər ki, bu da bağırsaqların sağlamlığına mənfi təsir edir.

"Prevention" nəşri vurğulayır ki, 2024-cü ildə "iScience" jurnalında dərc olunan tədqiqat kifayət qədər su içməyin qəbizlik kimi həzm problemlərinin qarşısını almaq, balanslı mikrobiomu və sağlam immun sistemini qorumaq üçün vacib olduğunu göstərib. Qeyd edilir ki, immun sisteminin mühüm hissəsi məhz bağırsaqlarda yerləşir.

Diyetoloqlar bağırsaq sağlamlığına zərər verə bilən digər məhsulları da sadalayıblar:

* şirniyyatlar;
* un məmulatları və bişmiş məhsullar;
* meyvə şirələri;
* alkoqol;
* acı yeməklər;
* həddindən artıq kofein qəbulu.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 955   Tarix: 31 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Bu köhnə 250 manat hərracda YÜKSƏK QİYMƏTƏ SATILDI - VİDEO

Azərbaycanın 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq köhnə əskinaslarından biri eBay hərracında 169 avroya, yəni təxminən 329 manata satılıb. Bunu -a Azərbaycanlı numizmat Fərhad Məmmədov bildirib. Onun sözlərinə görə, 250 manatlıq əskinas ilk dəfə 1992-ci ildə təqdim edilib və yalnız bir dəf

20 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Qarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası

2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr