Bir əkiz təcili yardım maşınında, digəri isə xəstəxanada dünyaya gəldi - FOTO
1 yanvar tarixində Nizami rayonu ərazisində çağırışa gedən təcili tibbi yardım briqadası ev şəraitində doğuş prosesini uğurla həyata keçirib.
Milli.Az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə məlumat yayıb.
O bildirib ki, çağırış ünvanında təcili tibbi yardım briqadası tərəfindən 37 həftəlik əkiz hamiləliyi olan qadının doğuş prosesi idarə olunub:
"Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra proses təcili tibbi yardım avtomobilində nəzarət altında davam etdirilib.
Briqada tərəfindən ana və yenidoğulmuş körpəyə (oğlan) zəruri ilkin tibbi yardım göstərildikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə olunub. Digər körpənin sağrı gəlişi müşahidə edildiyindən doğuş prosesi tibb müəssisəsində davam etdirilib və ikinci körpə qız dünyaya gəlib.
Yenidoğulmuş oğlan körpənin çəkisi 2 kq 450 qram, boyu 54 sm-dir. Ana və hər iki körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Doğuşda Nizami təcili yardım stansiyasının həkimləri Şəhla Məmmədova və Günay Abdullayeva, feldşerlər Sevinc Sadıqova və Nəzakət Cəfərova, sürücülər İlham Həsənov və Ruslan Məmmədov iştirak ediblər".


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 291 Tarix: 02 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?
Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər. Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur. Artımın nisbətə
1 yanvarSabahın havası meteohəssas insanlar üçün necə olacaq?
Sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 2-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir
1 yanvarFHN-dən əhaliyə təkrar - Xəbərdarlıq
Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması
31 dekabr 2025Prezidentin nəvəsi Şahdağdan foto paylaşdı
Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov Şahdağdan foto paylaşıb. Axşam.az xəbər verir ki, o, fotoya "Bir vaxtlar Azərbaycanda" qısa şərhini yazıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın oğludur
31 dekabr 2025Bayram günlərinin kosmik hava proqnozu açıqlanıb
Bayram günlərinin kosmik hava proqnozu açıqlanıb. Bu barədə -a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Kafedranın məlumatına görə, hazırda Günəş aktivliyi orta səviyyədədir: "Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalları
30 dekabr 2025Xəzər Universitetinin departament müdiri vəfat edib
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Roza Binnət qızı Arazova vəfat edib. xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd edək ki, R.Arazova 1995-ci ildən Tarix və arxeologiya departamentinin müdiri, 199-cu ildən isə "Azərbayca
31 dekabr 2025Prezidentin gəlinindən Yeni il - Fotoları
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Yeni il ab-havalı fotolar paylaşıb. Axşam.az xəbər verir ki, Alena şəkillərə bunları yazıb:. "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir, Yeni 2026-cı ilin hər kəsə uğur, sülh və firavanlıq gətirməsini arzulayıram"
31 dekabr 2025