Qustavo Petro: Kolumbiya Venesuela ilə sərhədə hərbi qüvvə göndərəcək

Qustavo Petro: Kolumbiya Venesuela ilə sərhədə hərbi qüvvə göndərəcəkKolumbiya Prezidenti Qustavo Petro qaçqınların mümkün kütləvi axını mümkünlüyünə qarşı Venesuela ilə sərhədə bütün mövcud ehtiyat qüvvələrinin cəlb olunacağını bəyan edib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Qaçqın axını ehtimalı ilə əlaqədar silahlı qüvvələr, eləcə də bütün mövcud resurslar sərhədə göndərilir", - Petro "X" sosial şəbəkəsində qeyd edib.

Onun sözlərinə görə, qərar Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul edilib.

"Milli Təhlükəsizlik Şurasının səhər saat 3-də başlayan iclasını yenicə başa vurduq", - prezident qeyd edib.

O, həmçinin qeyd edib ki, Kolumbiyanın Venesueladakı səfirliyi fəal şəkildə işləyir və Venesuelada olan kolumbiyalıların müraciətlərinə cavab verir.

"BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq, biz Şuranın iclasını çağırmağa çalışırıq. Kolumbiya hökuməti Venesuelanın və Latın Amerikasının suverenliyinə qarşı təcavüzü rədd edir. Xalqlar arasında daxili münaqişələr xalqların özləri tərəfindən sülh yolu ilə həll olunur. Bu, Birləşmiş Millətlər Təşkilatı sisteminin əsasını təşkil edən xalqların öz müqəddəratını təyinetmə prinsipidir", - Petro vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 487   Tarix: 03 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxlarının bilmədiyi tarixi fakt: Selsi şkalasının bugünkü formasını əslində kim yaradıb?

Dünyada milyardlarla insan hər gün Selsi temperatur şkalasından istifadə etsə də, onun bugünkü formasının müəllifinin əslində Anders Selsi olmadığını çox az adam bilir. Qaynarinfo xəbər verir ki, müasir Selsi şkalası ilk yaradıldığı variantdan xeyli fərqlənir və onun bugünkü formasının yaranmasında isveçl

7 iyul
.

Qiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard

Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları

6 iyul
.

Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır

Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UP

5 iyul
.

ABŞ-də atışma baş verib: Xəsarət alanlar var

Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind

5 iyul
.

Macarıstanda yeni konstitusiya hazırlanacaq, ümumxalq referendumu keçiriləcək

Macarıstanın Baş naziri Peter Madyar prezidentin hakimiyyətdən kənarlaşdırılmasına dair Konstitusiyaya dəyişikliklər layihəsini parlamentə təqdim edib. "Report" "Index"ə istinadən xəbər verir ki, Madyar bu barədə videomüraciətində bildirib. "Bu gün parlamentə təqdim edilən hə

5 iyul
.

FT: Britaniyanın Aİ-nin müdafiə fondundan kənarlaşdırılması Fransanın özünə qarşı çevrilib

Fransanın Böyük Britaniyanı Aİ-nin müdafiə fonduna buraxmamaq cəhdi Parisin özünə qarşı çevrilərək onu hökumətin Fransa-Britaniya silah layihələrinə xərcləməyi planlaşdırdığı əlçatan Avropa kreditlərindən məhrum edib. "Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) üç mənbəy

5 iyul
.

Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib

Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat

5 iyul
.

Tramp Türkiyəyə yola düşdü - Video

ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu

7 iyul
.

Okeanın dibində yeni bir ada yaranır

Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen

6 iyul