Kunq-fu üzrə Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi - "Bəyin oğurlanması"nın Yasəməni hanı?

Kunq-fu üzrə Azərbaycan çempionu oldu, boşandı, İsraildə masajist işlədi - "Bəyin oğurlanması"nın Yasəməni hanı?Natəvan Məmmədova 7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. Bakıdakı Moda Evinin işçisi olan anası Flora Məmmədova tanınmış dərzi-dizayner kimi fəaliyyət göstərib.

Sonxeber.az kulis.az-a istinadən aktrisa Natəvan Məmmədova haqqında maraqlı faktları təqdim edir.

Natəvan xanımın qonşusu Arzu Ələsgərova aktrisa haqqında öz xatirələrini bölüşərkən yazır:
"Yadımdadır, köhnə evimizdə biz kommunal şəraitdə yaşayırdıq. Mətbəx, ayaqyolu ümumi idi. Natəvan, anası Flora xanım və böyük bacısı bizimlə qonşu idi. Flora xanım tatar qızı idi, dərziliklə məşğul idi. Biz geniş birotaqlıda, onlar isə balaca ikiotaqlıda yaşayırdılar. Nata 15 saylı məktəbin şagirdi idi. O, heyvanları çox sevirdi. Mənzildə bir çox heyvan növündən saxlayırdılar. Sakit, mehriban qonşu olmuşdular bizə. Bizim otaqda divar qaz sobası var idi. Sobanın arxa tərəfi onların yataq otaqlarına düşürdü. Qışda sobanı yandıranda onların da evi isinirdi".

Natəvanın kinodakı ilk işi 17 yaşında olub. O, 1983-cü ildə o, rejissor Rasim Ocaqovun çəkdiyi "Park" filmində əsas rollardan birini ifa edib.

*

Aktrisanın sözlərinə görə, gənc yaşlarında anası Flora xanımın çalışdığı Bakı Moda Evində model kimi tikilən paltarları nümayiş etdirirmiş. Günlərin birində rejissor Rasim Ocaqovun assistenti onun şəkillərini jurnalda görür. O ərəfədə də R. Ocaqov "Park" filminə çəkmək üçün gənc qız axtarırmış və rejissor öz assistentinin köməyi ilə Natəvanı çəkilişlərə dəvət edir. Aktrisa həmin günləri xatırlayarkən deyir:

"Əslində, mən çəkilmək istəmirdim, çünki məqsədim ali məktəbə daxil olmaq idi. Bəlkə də bəzilərinə qəribə görünə bilər, çoxları, xüsusən də o yaşda olan insanlar filmlərdə rol almağı xəyal edir, amma həqiqətən mənim üçün maraqsız idi, aktrisa olmaq, ümumiyyətlə, planlarıma daxil belə deyildi. O zaman mən sevdiyim oğlanla qərara almışdıq ki, hər ikimiz ali məktəbə daxil olandan sonra evlənək. O da mənim kinoya çəkilməyimin qəti əleyhinə idi. Bilmirəm, rejissor assistenti sevdiyim oğlana nə dedi, nə demədi və o da başladı məni dilə tutmağa ki, təklif olunan roldan imtina etməyim. Sonra da məni "Azərbaycanfilm" kinostudiyasına - rejissor Rasim Ocaqovun yanına apardılar. Biz onunla xeyli söhbət etdik. Rasim müəllim çox mədəni insan idi və eyni zamanda öz işinin ustasıydı. O, söhbətimizin gedişində məni filmə çəkilməyə razı sala bildi... "Park" filminə çəkiləndən sonra digər rejissorlardan da dəvət almağa başladım".
"Park"a çəkiləndən bir il sonra Natəvan Məmmədovanı "Tənha narın nağılı" filminə dəvət edirlər. Onda mən dedim ki, yox, bir filmə çəkildim bəsdir! Oxumaq, ali təhsil almaq istəyirəm! Amma yekunda yenə məni yola gətirə bildilər".

Bu filmdən sonra rejissorların diqqətini çəkən aktrisaya ard-arda rejissorlar tərəfindən təkliflər gəlməyə başlayır. O, "Tənha narın nağılı"nda Surət, "Bəyin oğurlanması"nda Yasəmən və "On yeddi yaşlı oğlan" filmində Məleykə obrazlarını yaradır.

*

Aktrisanı tamaşaçılara tanıdan obraz isə "Bəyin oğurlanması" filmindəki Yasəmən obrazı olub. Aktrisa filmdə baş verən maraqlı əhvalatlar barədə deyir:

"Çəkilişlər Şamaxı rayonunda üzüm yığımı mövsümündə aparılırdı. Bizə söyləmişdilər ki, qaldığımız oteldən çıxmayaq, əks halda, "oblava"ya düşüb üzüm yığımına aparıla bilərik. Arif Quliyev bu məsləhətə qulaq asmayıb gəzməyə çıxanda polis onu yaxalayıb dərhal üzüm bağına aparmışdı. O, aktyor olduğunu və filmdə çəkilmək üçün Şamaxıya gəldiyini nə qədər izah etməyə çalışsa da, Arif müəllimə inanmamışdılar. Yalnız üç saatdan sonra polislərindən biri Arif Quliyevi tanımış və onu sərbəst buraxmışdılar. Amma insafən yola salarkən hədiyyələr də vermişdilər. Arif müəllim çəkiliş heyətinə başına gələnləri danışanda hər kəs gülməkdən uğunub getmişdi. Filmdə nişanlım rolunu oynayan Şamil Süleymanov çəkilişlər arasında mənə kiçik bacı kimi yanaşır, hər cür qayğı göstərirdi. Bizi çəkilişlərə görə səhər saat dprddə yuxudan oyadırdılar. Bəzilərimizi ayaqüstündə yuxu basırdı. Çəkiliş anlarından birində sözün əsl mənasında başımı Şamilin çiyninə söykəyib necə yatdığımı heç unutmayacağam, o da mən oyanmayım deyə, tərpənməmişdi. Hətta rejissor Ceyhun Mirzəyev məni çəkiliş üçün oyatmaq istəyəndə Şamil demişdi ki, "oyatma, qoy uşaq hələ yatsın".

Lakin Natəvan xanımın kino karyerası gözlənildiyi kimi uzunmüddətli olmur. "On yeddi yaşlı oğlan" filmindən sonra aktrisa kino sahəsindən həmişəlik uzaqlaşmağı qərara alır. Amma kinodan uzaqlaşmazdan öncə o, 1993-cü ildə rejissor-aktyor Ceyhun Məmmədovun çəkdiyi "Fəryad" filmində rejissor assistenti olur. Müsahibələrinin birində xatırlayır:

"80-ci illərin sonlarında - yenidənqurma dövründə kinematoqrafiya da daxil olmaqla hər yerdə böhran yaşanırdı, çox az film çəkilirdi. Hətta peşəkar aktyorlar da iş tapa bilmirdilər. Mən institutu bitirərək, memar işinə düzəlmişdim. 1993-cü ildə Ceyhun Mirzəyev məni "Fəryad" filmində çalışmağa dəvət edəndə sevindim. Çünki bu film Azərbaycanın ağrı-acısını əks etdirirdi. "Fəryad"ın süjeti real hadisələrə əsaslanır - əsir götürülən və hər cür zorakılığa məruz qalan ağır yaralı bir Azərbaycan əsgərinin taleyindən bəhs edirdi. Filmdə əsirlikdə olan yaralı komandir İsmayıl düşmənlərlə birlikdə özünü də məhv etmək üçün evi yandırmağa çalışır. Ancaq evdə qalan uşağın ağlamaq səsini eşidib dərhal yanğını söndürür. Həmin o uşağın rolunu mənim 1 yaş 8 aylıq olan oğlum Anar oynadı. Çəkilş zamanı o ağlamalı idi, amma yedizdirilib rahatladılan uşaq üçün bunu necə etmək olardı? Onda Ceyhun Mirzəyev kiçik bir hiyləyə əl atdı - uşaq mənim yanıma gəlmək istəyəndə ona qışqırdı: "Anaya gedə bilməzsən!". Oğlum ağlamağa başladı və bu kadr lentə alınıb filmə salındı. Sonra Ceyhun onu uzun müddət sakitləşdirdi, qucaqladı, öpdü, oxşadı, oynadı. O, çox yaxşı adam idi".

Bir müddət sonra Natəvan xanım Bakı Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olaraq ali təhsil alır və memarlıq üzrə magistr dərəcəsinə yiyələnir.

*

Natəvanın həyatında idmanla da bağlı faktlar var. Memar olan Natəvan 90-cı illərin əvvəllərində Azərbaycanda populyar olan Şərq əlbəyaxa döyüş növləri ilə maraqlanıb. Bakı idman məktəblərinin birində kunq-fu ilə məşğul olan Natəvan bu yöndə olan yarışlara qatılaraq, parlaq nəticələr əldə edib. O, kunq-fu üzrə Azərbyacan çempionatında iki il ard-arda ölkə çempionu olub.

Natəvan Məmmədova 90-cı illərin ortalarında ailə həyatı quraraq həyat yoldaşı və azyaşlı oğlu ilə birgə Azərbaycanı tərk edərək İsrailə köçür. Hal-hazırda İsrailin Netayna şəhərində yaşayan Natəvan Məmmədova birgə yola çıxdığı həyat yoldaşından orada ayrılır. Əri başqası ilə evlənsə də, o, ikinci dəfə ailə həyatı qurmur.

*

55 yaşlı aktrisa İsraildə nə kino sahəsində, nə də ixtisası üzrə memar işləmir. Onun sözlərinə görə hələ Bakıda Kunq-fu Federasiyasında məşqçi olduğu müddətdə masaj etmənin sirlərini öyrənməyi İsraildə köməyinə çatıb. Belə ki, orada masaj kursu keçən azərbaycanlı xanım hazırda həm kineziologiya ilə, həm də kosmetologiya ilə məşğuldur.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1377   Tarix: 03 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

3 avqust
.

Aleksandr Şarovski ilə vida mərasimi keçirilir

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b

9 sentyabr
.

Mərhum Xalq artistinin abidəsi adi olmayacaq

Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır. xəbər verir ki, bu barədə -a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib. Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:

25 avqust
.

2026-cı ildə kino turizminin ən populyar istiqamətləri açıqlandı

Məşhur film və serialların çəkildiyi məkanlara səyahət etmək son illərdə dünyada sürətlə yayılan turizm istiqamətlərindən birinə çevrilib. Qaynarinfo xəbər verir ki, "Euronews"un məlumatına görə, "set-cetting" adlandırılan bu tendensiya bir çox şəhəri turistlərin əsas maraq mərkəzin

2 iyul
.

"Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə

2 oktyabr
.

İki teatr nazirliyin tabeliyinə keçdi

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan "Yaşıl Teatr" Bakı Konsert Kompleksi və Bakı Şəhər Bələdiyyə Teatrı bütün əmlakı ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb. İqtisadiyya

9 sentyabr
.

AMEA prezidenti: "Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaradıb"

"Nəriman Həsənzadə sovet ideologiyasının buxovlarını yumşaldaraq Azərbaycan ədəbiyyatını real həyata yaxınlaşdıran sənətkarlardan biri idi". xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Xalq şairi Nəriman Həsənzadənin vida mərasimində çıxışı zamanı səsləndirib

2 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq

Mədəniyyət Nazirliyi Xalq artisti Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqustda, ömrünün 96-cı ilind

24 avqust