Bu ölkədə Yeni il fevralda olacaq - Niyə dəqiq tarixi yoxdur?
Çində Yeni il, Bahar bayramı kimi də tanınır. Şərq mədəniyyətində ən mühüm və ən hörmət edilən bayram hesab olunur. Bu bayramın qeyd edilməsi zamanı ölkə boyu rəngarəng küçə festivalları təşkil edilir, qohumlar və dostlar bir-birinə xoşbəxtlik və rifah rəmzi olan qırmızı rəngli hədiyyələr verirlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, qərb təqvimində sabit tarixə düşən Yeni ildən fərqli olaraq, Çin Yeni ili hər il müxtəlif günlərdə qeyd olunur. Bunun səbəbi Çin Yeni ilinin Ay-Günəş təqviminə əsaslanmasıdır.
Çin təqviminə görə 2026-cı il 17 fevral 2026-cı il tarixində başlayacaq.
Həmin gün Çin təqvimi ilə 4723-cü il başlayacaq. Ənənəyə əsasən, bayram iki həftə davam edir və 3 mart 2026-cı ildə başa çatacaq.
Çin Yeni ili (Çuntsze) gənc ay dövründə qeyd olunur. O, qış gündönümündən (21 dekabr 2025) sonra baş verən ikinci gənc ayın gününə təsadüf edir.
Bayramın tarixi ay-günəş təqviminə əsasən müəyyənləşdirildiyi üçün hər il dəyişir. Adətən Çin Yeni ili 21 yanvar-21 fevral tarixləri arasına düşür bu da Ayın və Günəşin dövrlərindən asılıdır.
Çin Yeni ilinin tarixi
Çin Yeni ilinin ilk dəfə nə vaxt qeyd edildiyi dəqiq məlum deyil. Lakin bəzi tədqiqatçılar onun yaranmasını e.ə. XIV əsrdə Şan sülaləsinin hakimiyyəti dövrü ilə əlaqələndirirlər. Bu gün Bahar bayramı kimi tanınan bu bayram çoxsaylı əfsanə və miflərlə zəngindir.
Qədim rəvayətlərdən birinə görə, hər yeni ilin əvvəlində Çin sakinləri Nyan adlı bir canavardan (adı "İl" mənasını verir) gizlənməyə məcbur olurdular. Nyan bayramın ilk günü peyda olur, yaşayış məntəqələrini dağıdırdı. Zamanla insanlar müşahidə etdilər ki, Nyan gur səslərdən, parlaq işıqlardan və qırmızı rəngdən qorxur. Buna görə də onu qorxutmaq üçün bu vasitələrdən istifadə etməyə başladılar. Məhz buradan qırmızı bəzəklər və fişəng atmaq ənənəsi yaranıb.
Çin mədəniyyətində əjdaha güc və uğurun rəmzidir, buna görə də bayramın ən parlaq elementlərindən biri əjdaha rəqsləridir. Bu mərasimlər zamanı küçələrdən uzun, rəngarəng əjdaha fiquru keçirilir və bu səhnə adətən bayramın kulminasiya nöqtəsi olur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 536 Tarix: 04 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabr"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı
Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə
20 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabr