Papa Venesuela ilə bağlı bəyanat verdi
Roma Papası XIV Lev, Amerika qoşunlarının prezident Nikolas Maduronu ələ keçirməsindən və ölkənin idarəçiliyini nəzarətə götürməsindən sonra Venesuelanın suverenliyini qorumağın vacibliyini bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə The Hill nəşri məlumat yayıb.
Pontiifik Müqəddəs Pyotr meydanındakı bazar duası zamanı dünya hadisələrindən bəhs edərkən Venesuela xalqının maraqlarını hər şeydən üstün tutmağa çağırıb.
"Sevimli Venesuela xalqının rifahı bütün digər mülahizələrdən üstün olmalı, bizi zorakılığa qalib gəlməyə, ölkənin suverenliyini qoruyaraq ədalət və sülh yolunu seçməyə sövq etməlidir. Konstitusiyada təsbit olunmuş qanunun aliliyini təmin etmək, hər bir şəxsin və bütün insanların insan və vətəndaş hüquqlarına hörmət etmək, mürəkkəb iqtisadi vəziyyətdən əziyyət çəkən ən yoxsullara xüsusi diqqət yetirməklə, sabitlik və həmrəylik içində dinc gələcəyin birgə qurulması üçün çalışmaq lazımdır", - deyə XIV Lev vurğulayıb.
Qeyd olunur ki, Papa daha əvvəl ABŞ Prezidenti Donald Trampın Maduronu güc yolu ilə kənarlaşdırmaq təhdidlərinə qarşı çıxaraq bunu etməməyə çağırmışdı.
"Dialoq yollarını axtarmaq və ya bəlkə də iqtisadi təzyiqlər də daxil olmaqla başqa təzyiq vasitələrindən istifadə etmək daha yaxşıdır. Əgər Birləşmiş Ştatlarda istədikləri budursa", - deyə Papa bildirmişdi.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) da Venesueladakı böhranla bağlı bəyanat yayaraq demokratiyaya çağırış edib. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın sözlərinə görə, ittifaq ölkənin suverenliyinə hörmət edilməklə demokratik quruluşa dinc keçidin tərəfdarıdır.
"Bu kritik məqamda bütün tərəflərin insan hüquqlarına və beynəlxalq humanitar hüquqa tam hörmət etməsi son dərəcə vacibdir. Hazırda Venesuelada saxlanılan bütün siyasi məhbuslar qeyd-şərtsiz azad edilməlidir", - deyə diplomat vurğulayıb.
Eyni zamanda, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Kremlin ABŞ-ın Venesueladakı əməliyyatına qarşı "təmkinli" reaksiyasını izah edib. Analitiklər qeyd edirlər ki, Rusiyanın reaksiyası şablon xarakter daşıyıb.
"Kreml, çox güman ki, digər dövlətlərin tərəfdaşı kimi öz nüfuzunu qorumaqla Tramp administrasiyasının rəğbətini qazanmaq səyləri arasında balans yaratmalı olacaq", - deyə institutun hesabatında bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1009 Tarix: 05 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrBələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrİstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb
İstanbulun Şişli rayonunda bir evə keçirilən əməliyyat zamanı 297 kiloqram sintetik narkotik vasitə, 520 kiloqram kimyəvi qatqı maddəsi, qarışdırıcı aparat, narkotik vasitələrin hazırlanmasında istifadə olunan avadanlıq və 2 ədəd həssas tərəzi aşkarlanaraq götürülüb. "Report" xəbər verir ki
19 sentyabr