"Hər zaman strateji düşünən Dövlət Başçımızın da vurğuladığı kimi gözləntimiz 907-ci düzəlişin tamamilə ləğv edilməsidir" - AÇIQLAMA

"Hər zaman strateji düşünən Dövlət Başçımızın da vurğuladığı kimi gözləntimiz 907-ci düzəlişin tamamilə ləğv edilməsidir" - AÇIQLAMA"Cənab Prezident İlham Əliyev yerli TV kanallara müsahibəsində Azadlığı Müdafiə Aktının 907-ci düzəlişi barədə və ABŞ-Azərbaycan münasibətlərinə dair fikir bildirib. O, müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəlişin Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini və bu düzəlişin tamamilə ləğvinin labüdlüyünü əsaslandırıb. Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən bu qanunu qəbul etmişdir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı:

"Azadlığı Müdafiə Aktının 907-ci düzəlişi Azərbaycan hökumətinə birbaşa ABŞ dövlət yardımını qadağan edən müddəa 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib. Maddə daha böyük xarici yardım qanun layihəsinin tərkib hissəsi kimi qəbul edilib və həmin qanun çərçivəsində həm Nümayəndələr Palatasından, həm də Senatdan keçib.
Bu düzəliş Birinci Qarabağ müharibəsindən başlayaraq 3 onillik ərzində müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilib.
Cənab Prezident bu prosesdə xüsusi aktiv olan şəxsin o dövrdə senator kimi, sonra vitse-prezident, daha sonra prezidentliyi dövründə Co Bayden olduğunu qeyd etdi.
Bayden-Blinken administrasiyası Əfqanıstan əməliyyatları başa çatan kimi nankorcasına 907 saylı düzəlişi yenidən canlandırmış, bunu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışmışdır. Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Lakin ABŞ qoşunları oranı tərk etdikdə Azərbaycanın dəstəyi heç olmamış kimi unudulub.
907- ci düzəliş ilə bağlı Konqresdə sonrakı dövrlərdə görülən tədbirlər və təşəbbüslərin həmmüəllifləri və dəstəkçiləri arasında ermənipərəst Senator Bob Memendez və Frank Pallone kimi şəxslər də olub. Onlar müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvinin prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar.
Bob Menendez uzun illər ərzində Azərbaycan haqqında mənfi narrativlərin formalaşdırılmasında mərkəzi rol oynayıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri kimi o, ABŞ-Azərbaycan əməkdaşlığına ardıcıl şəkildə qarşı çıxıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətləri qətiyyətlə dəstəkləyib, açıq şəkildə Azərbaycanı insan hüquqlarının pozulmasında və aqressiyada ittiham edib. Menendez sonradan federal səviyyədə rüşvət və korrupsiya ittihamları ilə üzləşib və məhkum edilib və o siyasi etibarlılığını birdəfəlik itirib.
Fran Pallon da ABŞ Konqresində, xüsusilə də qanunvericilik müstəvisində, Azərbaycanla bağlı mənfi siyasi narrativin formalaşdırılmasında ən fəal fiqurlardan biri olub. Ermənipərəst Konqres üzvü kimi tanınan Pallon erməni diasporunun pul maşını hesabına daim birtərəfli qaydada Azərbaycana qarşı lobbi aparıb. 2020-ci il Vətən müharibəsi zamanı və sonrakı mərhələlərdə Azərbaycanın əleyhinə sərt mövqedən çıxış edib.
Bu ilin 8 avqust tarixində Prezidentin Vaşinqton səfəri zamanı, həmçinin, Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlib. Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" buna əyani sübutdur.

Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı 3 istiqaməti əhatə edir: Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar; Süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə; Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıqdır.

Strateji İşçi Qrupu regional bağlantılar infrasturukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intelektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq. ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın ölkəmizdə iqtisadi fəallığı deməkdir.

Hər zaman strateji düşünən, uzaqgörən Dövlət Başçımızın da vurğuladığı kimi, gözləntimiz regionda sülh və inkişafla assosasiya olunan yeni reallıqlar fonunda, 907-ci düzəlişin tamamilə ləğv edilməsidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1047   Tarix: 06 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr