Sərxan palataya köçürüldü
Ötən ay yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı Sərxan müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsindən palataya köçürülüb.
Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq xəstəxanadan məlumat verilib.
Bildirilib ki, xəstədə fizioterapiya və reabilitasiya məşqlərinə başlanılıb: "Xəstəmiz 7 gündür ayıq vəziyyətdə müşahidə olunur. Şüuru açıqdır, verilən göstərişlərə əməl edir və ətraf mühitlə əlaqəsi mövcuddur. Fizioterapiya və reabilitasiya prosesi başlanıb. Xəstənin reanimasiya (intensiv terapiya) ehtiyacı qalmayıb, bu səbəbdən Reanimasiya şöbəsindən çıxarılaraq palataya köçürülüb".
Həmçinin qeyd edilib ki, palatada fizioterapiya və reabilitasiya məşqləri davam etdirilir: "Xəstə fasilələrlə yeridilməyə başlanıb. Reabilitasiya müddətinin uzunluğu xəstənin klinik vəziyyətindən və müalicəyə verdiyi cavabdan asılıdır. Proses yaxından izlənilir və uzunmüddətli perspektivdə xəstəmizin tam qüsursuz, sağlam şəkildə həyatına davam edəcəyi ümid edilir".
Xatırladaq ki, hadisə dekabrın 25-i Bakının mərkəzi küçələrinin birində baş verib. Qəza zamanı piyada səkisində olan 10 yaşlı Sərxanın başına yol nişanı çırpılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 551 Tarix: 08 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çaylardan sel keçəcək - Xəbərdarlıq
Sabah Azərbaycanın qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı
19 martİsmayıllıda ölümlə nəticələnən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
İsmayıllıda baş verən qəzada xəsarət alanlardan biri vəfat edib. Bu barədə -a İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirib ki, martın 19-u saat 23:30-də İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (iki kişi, iki qadın) İsmayıllı Rayon Mərkəz
20 martRamazan bayramı ilə bağlı fətva verildi
Ramazan bayramı martın 20-nə təsadüf edir. xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı təbrikində əksini tapıb. Bildirilib ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsin
19 martŞuşada da bayram namazı qılındı - Fotolar
Şuşanın Yuxarı Gövhər Ağa məscidində bayram namazı qılınıb. "Qafqazinfo" xəbər verir ki, namazda yerli sakinlər və qonaqlar iştirak edib. Tədbir zamanı dini mərasimlər keçirilib və bayram əhval-ruhiyyəsi ilə dolu anlar yaşanıb. Qeyd edək ki, bayram namazında iştirak edənlər birlik, həmrəyli
20 martQMİ sədri: "Raketlər sussun, qələmlər danışsın"
Allahşükür Paşazadə Yaxın Şərqdə və regionda baş verən gərginliyə münasibət bildirib. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, duaları tərəflərin razılığa gəlməsi yönündədir:. "Raketlər
20 mart38 yaşlı dayə işlədiyi evdə qəfil öldü
Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb. "Qafqazinfo" xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb. Onun ölüm səbəbi hələlik məlu
19 martBu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək
Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək. xəbə
20 martBakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA
Paytaxtdakı "xruşovka"ların dəqiq statistikası aparılmayıb, lakin təqribi hesablamalara görə 4 minə yaxın belə tikili mövcuddur". xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə bu tikililərdə
18 mart18 yaşlı oğlanın meyiti tapıldı
Sabirabad rayonunda 18 yaşlı oğlanın meyiti aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Samir Sadıqovun meyiti yaşadığı ünvanda tapılıb. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır
19 mart