"Bu gün Azərbaycanın ümumi generasiya gücü 10 min meqavat civarındadır" - DEPUTAT

"Bu gün Azərbaycanın ümumi generasiya gücü 10 min meqavat civarındadır" - DEPUTAT"2026-cı il yanvarın 8-də "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi Azərbaycanın iqtisadi inkişaf və enerji siyasətində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər", - bunu Sonxeber.az -a açıqlama verən deputat Şahin Seyidzadə deyib:

"Prezident İlham Əliyevin mərasimdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan təkcə enerji istehsalçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli dövlətdir. Dövlət başçısı çıxışında vurğuladı ki, 240 meqavat gücündə olan bu stansiya ölkənin ümumi inkişafına mühüm töhfə verəcək, enerji balansını daha da gücləndirəcəkdir. Bu layihə Azərbaycanın bərpaolunan enerji strategiyasının real nəticələr verdiyini nümayiş etdirir. Prezident qeyd etdi ki, 2022-ci ildə təməli qoyulan stansiyanın qısa müddətdə istifadəyə verilməsi planlı və düşünülmüş dövlət siyasətinin göstəricisidir. Prezident İlham Əliyev investor "ACWA Power" şirkətinin fəaliyyətini yüksək qiymətləndirərək bildirdi ki, bu şirkət dünyada bərpaolunan enerji sahəsində aparıcı mövqelərdən birini tutur. Onun Azərbaycanda ilk layihəsini uğurla başa çatdırması gələcəkdə daha böyük layihələrin reallaşdırılmasına yol açır. Xüsusilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin bu şirkət tərəfindən icra ediləcək olması ölkəmizin su və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Çıxışda beynəlxalq əməkdaşlıq amili də xüsusi yer aldı. Prezident İlham Əliyev "Power China" şirkətinin baş podratçı kimi fəaliyyətini qeyd edərək, bu şirkətin gələcəkdə Azərbaycanda investor kimi də çıxış edəcəyinə əminliyini ifadə etdi. Bu fakt Azərbaycanın qlobal enerji bazarında etibarlı tərəfdaş imicinin möhkəmləndiyini göstərir. Dövlət başçısı son 20 ildə energetika sahəsində əldə edilən nailiyyətlərə toxunaraq bildirdi ki, ölkədə yaradılan generasiya gücləri əvvəlki bütün dövrlərlə müqayisədə təxminən üç dəfə artıb. Bu gün Azərbaycanın ümumi generasiya gücü 10 min meqavat civarındadır və bu göstərici enerji təhlükəsizliyinin tam təmin edildiyini göstərir. Eyni zamanda, bərpaolunan enerji layihələrinin artması ixrac potensialını da genişləndirir. Prezident İlham Əliyev bərpaolunan enerji layihələrinin coğrafiyasının genişləndiyini xüsusi vurğuladı. Qaradağ, Xızı, Abşeron, Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr ölkənin bütün regionlarını əhatə edən vahid enerji strategiyasının mövcudluğunu təsdiqləyir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda inşa edilən kiçik su elektrik stansiyaları "yaşıl zona" konsepsiyasının uğurla icra olunduğunu göstərir. Çıxışda investisiya iqlimi və maliyyə sabitliyi məsələləri də ön plana çəkildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın kredit reytinqinin artırılması beynəlxalq maliyyə institutlarının ölkəmizə olan etimadının göstəricisidir. Xarici borcun aşağı səviyyədə olması, valyuta ehtiyatlarının yüksəkliyi və siyasi sabitlik Azərbaycanı regionun ən cəlbedici investisiya məkanlarından birinə çevirir. Dövlət başçısı gələcək planlardan danışaraq bildirdi ki, 2030-cu ilə qədər 6 giqavat, 2032-ci ilə qədər isə 8 giqavat gücündə külək və Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bununla yanaşı, Batareya Enerji Saxlanc Sistemlərinin yaradılması bərpaolunan enerjinin dayanıqlı istifadəsini təmin edəcək. Bu, Azərbaycan energetikasında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyev çıxışını yekunlaşdıraraq vurğuladı ki, Azərbaycan verdiyi sözə sadiq, müqavilələrinə hörmət edən etibarlı dövlətdir. Enerji sahəsində həyata keçirilən bütün layihələr ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışı isə Azərbaycanın yaşıl gələcəyə doğru inamla irəlilədiyini bir daha sübut edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 925   Tarix: 09 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr