"Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir" - DEPUTAT

"Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir" - DEPUTATMüasir dövrdə qlobal çağırışlara çevik və adekvat cavab verən dövlətlər beynəlxalq əməkdaşlıq və inteqrasiya proseslərində mühüm mövqe qazanırlar. Azərbaycan Respublikası da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və balanslaşdırılmış siyasət nəticəsində dünya birliyinə uğurla inteqrasiya olunaraq regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə enerji sahəsində aparılan islahatlar, bərpaolunan enerji mənbələrinin inkişafı və "yaşıl enerji"yə keçid strategiyası ölkəmizin region ölkələri, Avropa dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirir. Azərbaycan bu əməkdaşlıq çərçivəsində yalnız milli maraqlarını deyil, eyni zamanda regional enerji təhlükəsizliyini və qlobal iqlim gündəliyini dəstəkləyən təşəbbüslərlə çıxış edərək beynəlxalq enerji dialoqunun fəal iştirakçısına çevrilmişdir. Bu kontekstdə ölkəmizin həyata keçirdiyi iri enerji layihələri, beynəlxalq investorların cəlb olunması və çoxtərəfli enerji dəhlizlərinin formalaşdırılması Azərbaycanın dünya iqtisadi və siyasi sisteminə dərin inteqrasiyasının bariz nümunəsidir.

Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycan-Qazaxıstan-Özbəkistan yaşıl enerji layihəsinin işə düşməsi ilə, ölkəmiz Mərkəzi Asiyadan "təmiz enerji" də Avropaya ötürə biləcək:

"Prezident İlham Əliyev 8 yanvar 2026-cı ildə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışında çıxış edərək, stansiyanın 240 meqavat gücünün ölkənin enerji potensialını artıracağını vurğuladı. Stansiyanın təməli 2022-ci ildə qoyulmuşdur və bu, "ACWA Power" şirkəti tərəfindən inşa olunmuş ilk bərpaolunan enerji stansiyasıdır. Prezident, bərpaolunan enerji sahəsində xarici investorların artacağını və Azərbaycanın enerji sisteminin müasirləşdirilməsi istiqamətində son 20 ildə generasiya gücünün üç dəfə artdığını qeyd etdi. Hazırda Azərbaycanın ümumi generasiya gücü 10 min meqavatdır, bu da enerji təhlükəsizliyini artırır. Son dövrlərdə həmçinin Mingəçevirdə yeni elektrik stansiyası açılmış, Cəbrayıl rayonunda isə üç yeni Günəş elektrik stansiyasının tikintisi davam edir.
Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt-dır. 3 yaşıl enerji zonası mövcuddur və 4 yaşıl enerji dəhlizi layihəsi üzərində çalışılır ki, bu dəhlizlər Azərbaycandan Avropaya yaşıl enerji ixracını hədəfləyir.
Qeyd edim ki, bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu sahədə hüquqi baza da təkmilləşdirilib. Dövlət Başçımızın 29 may 2019-cu il tarixli Sərəncamı ilə enerji bazarında liberallaşma, rəqabətin artırılması və yaşıl enerjiyə keçidin hüquqi əsası formalaşdırılıb. Qəbul edilmiş "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanun bu sahədə hüquqi, iqtisadi və təşkilati əsasları, həmçinin yaşıl enerjinin təşviq edilməsi üçün dəstək mexanizmlərini tənzimləyən mühüm normativ baza kimi çıxış edir. Bununla yanaşı, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində yaşıl enerjiyə keçid, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın qurulması milli inkişafın əsas hədəflərindən biri kimi müəyyənləşdirilib.
Ölkəmizdə 10-a yaxın Günəş Elektrik stansiyası layihəsi mövcuddur. O cümlədən, İşğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. "Şəfəq" GES, "Üfüq" GES və "Şəms" GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir.
İnnovativ yeniliklərdən biri də üzən günəş panelləridir. 2024-cü ilin 29 iyul tarixində Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində Böyükşor gölündə 100 kVt gücə malik fotovoltaik sistemin açılış mərasimi keçirilib. Gələcəkdə su hövzələri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır".

Deputat onu da vurğuladı ki, Azərbaycan regionun enerji "hub"na çevrilir:

"Ölkəmiz bu istiqamətdə Mərkəzi Asiyanı Avropaya bağlayır. Azərbaycan-Qazaxıstan-Özbəkistan yaşıl enerji layihəsinin işə düşməsi ilə, ölkəmiz Mərkəzi Asiyadan "təmiz enerji" də Avropaya ötürə biləcək.
Yaşıl enerjinin ötürülməsi üzrə 4 dəhliz üzərində iş aparılır. Bu isə iştirakçı dövlətlər: Türkiyə, Macarıstan, Rumınıya, Bolqarıstan kimi ölkələrlə birgə layihələrdir.
Ölkəmizin 2024-cü ildə evsahibliyi etdiyi COP29 çərçivəsində Azərbaycan tərəfindən üç mühüm enerji təşəbbüsü - COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi təqdim edilib. Bu tədbir enerji keçidinin sürətləndirilməsi baxımında qlobal öhdəlikləri bir qədər də artırmışdır. Beləliklə, Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

"Azərbaycan həm milli, həm regional, həm də qlobal səviyyədə enerji təhlükəsizliyinə böyük töhfələr verir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 776   Tarix: 10 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

Elçin Əmirbəyov: "Cənubi Qafqaz Avropa ilə Mərkəzi Asiya arasında əsas enerji dəhlizinə çevrilir"

"Cənubi Qafqazın cənubunda və şimalında geosiyasi qeyri-sabitlik - İran ətrafındakı vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi - bir çox müşahidəçiləri və maraqlı tərəfləri tərəfdaşlıqların və enerji mənbələrinin diversifikasiyası barədə ciddi düşünməyə vadar etdi. Və təbii ki, buna görə Bakıd

6 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələr

8 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

Əli Əsədov Denis Afanasyevi qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyevi qəbul edib. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, qəbul zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasını

25 iyun