Həbib Həsənov: "Avtomobil parklarının yenilənməsi günün tələblərinə tam cavab vermir"
Azərbaycanda milli daşıyıcıların avtomobil parklarının yenilənməsi günün tələblərinə tam cavab vermir.
Bunu "Report"a müsahibəsində "Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin prezidenti Həbib Həsənov bildirib.
Onun sözlərinə görə, daşıma qiymətlərinin aşağı səviyyədə olması, xarici ölkələrdə tətbiq olunan əlavə rüsumlar və cərimələr, eləcə də maliyyə imkanlarının məhdudluğu bu prosesi ləngidir: "Milli daşıyıcıların dayanıqlılığı dövlət dəstəyi, avtoparkın mərhələli yenilənməsi və beynəlxalq bazarlarda tətbiq olunan texniki və ekoloji tələblərə uyğunlaşma ilə birbaşa bağlıdır. Bu sahələrdə kompleks və ardıcıl yanaşmanın tətbiqi daşıyıcıların rəqabət qabiliyyətinin qorunmasına, daşımaların coğrafiyasının genişlənməsinə və Azərbaycanın tranzit potensialından daha səmərəli istifadəyə imkan verəcək".
H.Həsənov qeyd edib ki, hazırda "Carnet TIR" sistemi beynəlxalq avtomobil daşımaları zamanı sadə, təhlükəsiz və etibarlı gömrük tranzit mexanizmi kimi geniş tətbiq olunur: "Bu sistem daşıyıcılara gömrük rüsumları və vergiləri üzrə vahid beynəlxalq təminat təqdim etməklə, yüklərin sərhədlərdən əlavə təminat prosedurları olmadan keçməsinə imkan yaradır. "Carnet TIR"in əsas üstünlüklərindən biri ondan ibarətdir ki, daşımalar beynəlxalq zəmanət mexanizmi və SAFETIR elektron nəzarət sistemi vasitəsilə izlənilir. Bu isə yüklərin itirilməsi, sənədlərin dəyişdirilməsi, vergidən yayınma və digər risklərin minimuma endirilməsinə xidmət edir, həm daşıyıcılar, həm də gömrük orqanları üçün şəffaf və etibarlı mühit formalaşdırır. Eləcə də TIR sisteminin alətlərindən, o cümlədən TIR-EPD kimi (öncədən bəyanetmə) imkanından istifadə etməklə sürətli keçidə şərait yaradır. Hazırda TIR sistemi çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı praktiki baxımdan ciddi çətinliklər müşahidə olunmur. Bununla yanaşı, Azərbaycanda "Carnet TIR" tranzit sisteminin icbari və ya prioritet mexanizm kimi tətbiqi normativ səviyyədə nəzərdə tutulmayıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 628 Tarix: 10 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrAzərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrƏHALİNİN NƏZƏRİNƏ: Gecikənlər əlavə pul ödəyəcək
Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur. Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlav
20 sentyabr