"Azərbaycan və ABŞ arasında keçirilən son görüş ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir" - AÇIQLAMA
Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) Yaxın Şərq, Şimali Afrika, Avropa və Avrasiya regionları üzrə regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı iki ölkə arasında enerji, ticarət, TRIPP marşrutu da daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və ABŞ-nin özəl sektor nümayəndələrinin ölkədə müvafiq infrastruktur və logistika imkanları ilə tanış olması, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
"Azərbaycan və ABŞ arasında keçirilən son görüş ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Xarici işlər nazirinin müavini Elnur Məmmədovun ABŞ Ticarət və İnkişaf Agentliyinin nümayəndə heyəti ilə müzakirələri bir daha sübut edir ki, tərəflər yalnız siyasi dialoqla kifayətlənmir, həm də konkret iqtisadi və strateji layihələr üzərində əməkdaşlığı dərinləşdirirlər. Enerji sahəsində əməkdaşlıq Azərbaycanın regionun enerji təhlükəsizliyində oynadığı mühüm rolu təsdiqləyir. ABŞ özəl sektorunun ölkədə infrastruktur və logistika imkanları ilə tanış olması isə gələcəkdə daha geniş sərmayə axınının başlanğıcı ola bilər.
TRIPP marşrutu və Orta Dəhliz kimi regional bağlantılar müzakirələrin əsas mövzuları sırasında yer alıb. Bu, Azərbaycanın geosiyasi mövqeyinin strateji əhəmiyyətini bir daha ortaya qoyur. Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində aparılan təmasların yüksək qiymətləndirilməsi isə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq üçün siyasi iradənin mövcud olduğunu göstərir.
Bərpaolunan enerji resurslarının inkişafı, biznes və investisiya mühitinin əlverişliliyi, yeni əlaqələrin qurulması imkanları Azərbaycanın müasir iqtisadi modelinin əsas dayaqlarıdır. ABŞ ilə bu sahələrdə əməkdaşlıq həm ölkəmizin dayanıqlı inkişafına, həm də regionun sabitliyinə töhfə verəcək. Bu görüş bir daha sübut edir ki, Azərbaycan yalnız regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaşdır və ABŞ-la münasibətlər strateji xarakter daşıyır. İkitərəfli əməkdaşlığın mövcud vəziyyəti gələcəkdə daha da genişlənərək, hər iki tərəf üçün qarşılıqlı fayda gətirəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...