İranda etirazlar fonunda ziyarətgah yandırılıb - VİDEO
İranda davam edən etiraz aksiyaları ilə bağlı sosial mediaya yayılan bəzi görüntülər ölkədə və beynəlxalq ictimaiyyətdə yeni müzakirələrə səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, kadrlarda bir qrup etirazçının türbə və ya ziyarətgah kimi təqdim edilən bir tikiliyə daxil olaraq içəridə dağıntılar törətdiyi və daha sonra binanı yandırdığı görünür.
28 dekabr tarixində başladığı bildirilən etiraz dalğası ilə bağlı ölən və saxlanılanların sayı barədə fərqli rəqəmlər səsləndirilir. Rəsmi və dəqiq vahid statistika olmasa da, ABŞ mərkəzli İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) etirazların başlanğıcından bu yana ölənlərin sayının 2 min 500-ü keçdiyini, saxlanılanların sayının isə 18 mini aşdığını iddia edir. Associated Press-in yaydığı məlumatlara görə də, etirazlar zamanı həyatını itirənlərin sayı ən azı 2 min 586-ya çatıb, həbs olunanların sayı isə 18 mindən çoxdur.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup şəxsin ziyarətgah olduğu deyilən məkana daxil olaraq dağıntılar törətməsi və yanğının baş verməsi diqqət çəkir. Kadrların yayılmasından sonra bu hərəkətlər "müqəddəs məkanlara hörmətsizlik" kimi qiymətləndirilib və geniş tənqidlərə səbəb olub.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 680 Tarix: 15 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrBolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi
Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav
19 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabr