Luis Enrike yayda "Real Madrid"ə rəhbərlik edə bilər
PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubundan ayrılaraq "Real Madrid"i idarə edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Topskills Sports UK"in X hesabında məlumat paylaşılıb.
Məlumata görə, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür. Qeyd olunur ki, ispan məşqçi İspaniya liqasına qayıtmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.
2023-cü ilin yayından bəri Enrike PSJ-ni çalışdırır və onunla birlikdə Çempionlar Liqasını, Qitələrarası Kuboku, UEFA Superkubokunu və iki Fransa çempionluğunu, iki Fransa Kubokunu və iki Fransa Superkubokunu qazanıb.
Xatırladaq ki, Enrike 2014-cü ildən 2017-ci ilə qədər "Barselona"nın baş məşqçisi vəzifəsində çalışıb. Katalonlar onun rəhbərliyi altında Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Superkubokunu, iki İspaniya çempionluğunu, üç İspaniya Kubokunu və bir İspaniya Superkubokunu qazanıblar.
Enrike, həmçinin "Selta Viqo", "Roma" və İspaniya millisindəki məşqçilik işi ilə də tanınır.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 619 Tarix: 17 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Milan" 40 yaşlı Luka Modriçə yeni mövsüm üçün müqavilə təklif edib
"Luka Modriç "Milan"la müqaviləsinin müddətini uzada bilər. "Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu 40 yaşlı xorvatiyalı yarımmüdafiəçiyə yeni sözləşmə təklif edib. Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə yekun qəra
4 iyul"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
"Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, "Leççe" qanalı forvardla danışıqlar aparır. Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addain
1 iyul"UFC Fight Night Baku": Nazim Sadıxov ilk raundda nokaut oldu
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Nazim Sadıxov (70.76 kq) Braziliyadan olan Mateus Kamilo ilə (70.76) qarşılaşıb. O, braziliyalı rəqibinə ilk raundda nokautla uduzub. Qeyd edək ki, dah
27 iyunDÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında uddu
Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb - 1:1. Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçis
4 iyulKolumbiya - Qana oyununun ən yaxşısı seçildi
DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni
4 iyulLeandro Andrade "Qarabağ"dan GETDİ - Yeni klubu da məlum oldu
"Qarabağ" futbol klubunun oyunçusu Leandro Andrade Ukraynanın "Polesye" klubu ilə razılığa gəlib. xəbər verir ki, bu barədə "Qarabağ" klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılı
27 iyun