Dünyanın milyardlarla il sonraki sonu belə olacaq

Dünyanın milyardlarla il sonraki sonu belə olacaqDünya üçün milyardlarla il sonra baş verəcək faciəli sonun kiçik bir önizləməsi kimi qiymətləndirilən bu kəşf astronomları heyrətə salıb.

Qaynarinfo xəbər verir ki, Yerə təxminən 2 min 283 işıq ili məsafədə yerləşən və səmanın ən ikonik mənzərələrindən biri olan Halqa dumanlığının mərkəzində, daha əvvəl heç rastlanmamış bir struktur aşkarlanıb. Tədqiqatçılar dumanlığın ortasında uzanan, ionlaşmış dəmir atomlarından ibarət nəhəng bir zolaq tapıblar.

Halqa dumanlığı təxminən 4 min il əvvəl yanacağı tükənmiş bir ulduzun xarici qatlarını kosmosa atması ilə əmələ gəlib. Adətən bu cür dumanlıqlar qaz və toz buludlarından ibarət olur, lakin William Herschel Teleskopuna əlavə olunan yeni texnologiya bu mənzərənin kimyəvi sirrini üzə çıxarıb. LIFU adlı inkişaf etmiş görüntüləmə aləti ilə dumanlığı araşdıran komanda daha əvvəl heç bir dumanlıqda görünməmiş bu dəmir zolağı ilə qarşılaşıb. Hesablamalar göstərir ki, bu zolaqdakı dəmir miqdarı Mars və ya Merkuri kimi qayalı bir planetin buxarlanması ilə ortaya çıxacaq miqdara yaxın səviyyədədir.

Dünyanın gələcəyi bu zolaqda ola bilər

Günəş kimi ulduzlar ömrünün sonuna yaxın nüvə yanacağı tükəndikdə, xarici qatları sürətlə genişlənərək "Qırmızı nəhəngə"ə çevrilir. Bu genişlənmə zamanı ulduz yaxın orbitdəki planetləri ya udur, ya da yüksək temperaturla buxarlaşdırır. Təxminən 5 milyard il sonra Günəşimizin də eyni prosesdən keçəcəyi və Yeri udacağı gözlənilir.

Kardiff Universitetindən Dr. Rocer Vesson bildirir ki, Halqa dumanlığındakı bu dəmir zolaq bir zamanlar orada mövcud olmuş və ulduzun genişlənməsi ilə yox olmuş Yer tipli qayalı bir planetin qalıqları ola bilər.

Alimlər hələ bu qəribə strukturun əmələ gəlməsi ilə bağlı dəqiq nəticəyə gəlməyiblər. Başqa ehtimal isə, bu zolağın ulduzun çökməsi zamanı baş verən hələ tam başa düşülməmiş fiziki proseslərin nəticəsi olmasıdır. Lakin planet buxarlanması nəzəriyyəsi doğru çıxarsa, bu astronomlar üçün bir növ "məhkəmə sübutu" rolunu oynayır. "Qırmızı nəhəng" mərhələsinə girən ulduzların ətrafında daha az planet olmasının səbəbini araşdıran digər tədqiqatlar da bu ehtimalı dəstəkləyir. Komanda indi digər bulutsularda da oxşar dəmir strukturlarını axtararaq, kainatın dərinliklərində öz gələcəyimizin izlərini izləməyə davam edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3658   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrakli Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək milli arzumuzdur

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin ərazi bütövlüyünün dinc yolla bərpasının milli arzu olduğunu bildirib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, İ.Kobaxidze məcburi köçkün ailələrinə mənzillərin verilməsi tədbirində çıxışı zamanı deyib ki, hökumət ərazi bütövlüyünün bərpasın

19 sentyabr
.

Edqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"

"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"

20 sentyabr
.

Bələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi

Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla

19 sentyabr
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20 sentyabr
.

Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı

İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd

19 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

Əbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?

"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr