Azərbaycan regionda əməkdaşlığa töhfə verən ölkədir

Azərbaycan regionda əməkdaşlığa töhfə verən ölkədirPrezident İlham Əliyevin bu il yanvarın 19-23-də keçirilən 56-cı Davos İqtisadi Forumunda keçirdiyi çoxsaylı görüşlər və verdiyi mesajlar bir daha təsdiq etdi ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya coğrafiyasında əməkdaşlığa töhfə verən əsas ölkələrdən biridir. Davos Davos İqtisadi Forumu bu reallığın beynəlxalq auditoriya qarşısında növbəti dəfə nümayiş etdirildiyi mühüm platformaya çevrildi.
Prezident İlham Əliyevin istənilən beynəlxalq platformada iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin nə qədər yüksək olduğunu göstərir. Davosdakı çıxışlar və görüşlər isə sübut etdi ki, Bakı proseslərin passiv izləyicisi yox, regional və qlobal gündəliyin formalaşmasında aktiv rol oynayan subyektdir. Cənab Prezidentin qətiyyətli, ardıcıl və uzaqgörən siyasi xətti Azərbaycanın mövqeyini möhkəmləndirərək onu etibarlı tərəfdaş və söz sahibi olan dövlətə çevirib.
Davosdan verilən mesajlar yalnız milli maraqlar prizmasından deyil, həm də regional və qlobal təhlükəsizlik arxitekturası baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Cənubi Qafqazda formalaşan sülh modeli təsadüfi deyil, Azərbaycanın iradəsi və strateji baxışı nəticəsində yaranmış reallıqdır.
Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirilən "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasındakı çıxışında Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasındakı münasıbətlərin hazırki vəziyyətinə toxunaraq bildirib ki, keçən ilin avqustunda hər iki tərəf arasında sülh sazişi paraflandı. Bununla da 30 ildən artıq müddətdə baş verən qanlı qarşıdurmaya son qoyuldu ki, bu da tarixi nailiyyət hesab edilməlidir. Prezidentin bildirdiyi kimi: "Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı".
"Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir" - deyə ölkə başçısı bildirib.
Prezident İlham Əliyevin çıxışlarının əsas xətti ondan ibarət idi ki, bu gün Cənubi Qafqazda sülh məhz Azərbaycanın qətiyyətli mövqeyi sayəsində mümkün olub. Bu sülh təkcə regionla məhdudlaşmır, eyni zamanda Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və hətta Uzaq Şərqə qədər uzanan geniş bir coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bakı faktiki olaraq Avrasiyanı birləşdirən sülh və əməkdaşlıq magistralının istiqamətini müəyyənləşdirib və öz siyasətini bu xətt üzrə ardıcıl şəkildə həyata keçirir.
Ən diqqətçəkən məqamlardan biri odur ki, bu yanaşmanın effektivliyi artıq Ermənistan tərəfindən də etiraf olunur. İrəvan açıq şəkildə bəyan edir ki, Azərbaycanla əməkdaşlıq alternativsizdir və regionda davamlı sülhün yeganə yolu məhz bu xətdən keçir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilməklə yanaşı, Şərqlə etibarlı və təhlükəsiz əlaqələrin qurulmasında da mühüm açar rolunu oynayır. Bu, Bakının geosiyasi çəkisini daha da artırır.
Prezident İlham Əliyevin Davosda verdiyi ən güclü mesajlardan biri beynəlxalq təsisatlara kor-koranə ümid bəsləməyin yanlışlığı ilə bağlı idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, 30 il ərzində qəbul edilən BMT qətnamələri və beynəlxalq çağırışlar kağız üzərində qaldı. Ədaləti yalnız Azərbaycan özü təmin etdi.
Bu yanaşma Azərbaycan Prezidentinin siyasi fəlsəfəsini açıq şəkildə ortaya qoyur: milli maraqlara söykənən, güclü dövlət və birliyə əsaslanan cəmiyyət olduqda beynəlxalq təzyiqlər və qərəzli yanaşmalar həlledici rol oynamır. Məhz bu xətt Azərbaycanı müharibədən sülhə, qarşıdurmadan əməkdaşlığa aparan əsas faktora çevirdi.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1741   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr