"Bu tip situasiyalarda yanlış qərarlar gözlənilməz ssenarilərin yaranmasına səbəb ola bilər" - DEPUTAT
"Prezident Donald Trampın İranlı siyasilərin, yüksək rütbəli hərbiçilərin onun şəxsinə yönəlik təhdid xarakterli bəyanatlarla əlaqədar səsləndirdiyi fikirlər Birləşmiş Ştatların İslam ölkəsi ilə bağlı düşüncələrinin dəyişmədiyinin göstəricidir. Bu o deməkdir ki, hazırda müşahidə edilən sakitlik nisbidir və İrana qarşı hərbi müdaxilə ehtimalı yüksək olaraq qalmaqdadır".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, İranda baş verən kütləvi etiraz aksiyaları zamanı hər kəs Vaşinqtonun yaranan daxili xaosdan istifadə edərək cənub qonşumuza zərbələr endirəcəyini güman edirdi:
"Bilinən reallıq ondan ibarətdir ki, bu tip situasiyalarda yanlış qərarlar gözlənilməz ssenarilərin yaranmasına səbəb ola bilər. Çox böyük ehtimalla Birləşmiş Ştatlar rəsmiləri məhz bu faktordan ehtiyyat edərək gözləmə mövqeyinə çəkildi. Lakin, İrana ətrafında hərbi ritorikanın kəskinləşməsi, Vaşinqtonun Yaxın Şərqə əlavə qüvvələr cəmləşdirməsi, eyni zamanda hərbi gəmiləri, xüsusilə, avidaşıyıcları Fars körfəzi istiqamətinə yönləndirməsi mümkün hərbi zərbələri aktuallaşdırır. Öz növbəsində Tehran rəsmiləri də vəziyyətin mürəkkəbliyinin fərqindədir və hazırlıqlarını artırırlar. Rusiya və Çindən müxtəlif növ radarların, hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələrinin alınması növbəti hərbi əməliyyatlara hazırlıq prosesinin bir hissəsidir. Bütün bunlar onu deməyə əsas verir ki, İran ətrafında halqa daralır və yeni müharibə riski olduqca yüksəkdir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır