Qlobal güc balansının dəyişməsi fonunda Azərbaycanın milli maraqlara əsaslanan strateji xətti
Prezident İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davos İqtisadi Forumu çərçivəsində "Euronews" televiziya kanalına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklərin dərin təhlili, eyni zamanda Azərbaycanın bu mürəkkəb geosiyasi mühitdə formalaşdırdığı strateji xəttin mahiyyətinin izahı baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, dünya artıq əvvəlki beynəlxalq hüquq mərkəzli idarəetmə modelindən uzaqlaşaraq, daha çox güc amilinə əsaslanan yeni mərhələyə qədəm qoyub.
Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, beynəlxalq hüquq normaları bu gün dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq və dəyişməz qayda kimi qəbul edilmir. Müxtəlif regionlarda baş verən münaqişələr, selektiv yanaşmalar və ikili standartlar bu reallığı açıq şəkildə təsdiqləyir. Məhz bu səbəbdən Azərbaycan öz strateji məqsədlərini müəyyən edərkən milli maraqları əsas götürmüş, lakin eyni zamanda beynəlxalq hüququn tələblərinə tam riayət etməyi prinsipial xətt kimi qorumuşdur.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın həyata keçirdiyi bütün siyasi, diplomatik və hərbi addımlar beynəlxalq hüquq çərçivəsində reallaşdırılıb. Ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesi, regional təşəbbüslər və xarici siyasət kursu məhz bu hüquqi baza üzərində qurulub. Bu yanaşma Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu da əhəmiyyətli dərəcədə artırıb.
Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri beynəlxalq münasibətlərin yeni eraya daxil olması barədə fikirlərdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada münasibətləri artıq "qanunun aliliyi" deyil, "güc qaydası" formalaşdırır. Bu isə hər bir dövlətdən daha çevik, praqmatik və realist siyasət yürütməyi tələb edir. Azərbaycanın bu reallığı vaxtında düzgün dəyərləndirməsi və öz potensialına uyğun siyasət formalaşdırması ölkəmizin mühüm strateji üstünlüklərindən biridir.
Prezident İlham Əliyev bildirdi ki, hər bir ölkə mümkün qədər çox tərəfdaşla, ilk növbədə öz regionunda, daha sonra isə qlobal miqyasda etibarlı münasibətlər qurmalıdır. Azərbaycan məhz bu prinsiplərə əsaslanaraq balanslaşdırılmış və çoxvektorlu xarici siyasət modeli formalaşdırıb. Bu model regional sabitliyin möhkəmləndirilməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və ölkənin beynəlxalq proseslərdə aktiv iştirakına şərait yaradıb.
Nəticə etibarilə, Davosda verilən bu müsahibə Azərbaycanın yeni dünya nizamında öz yerini düzgün müəyyən etdiyini, milli maraqlarını qətiyyətlə müdafiə etdiyini və qlobal çağırışlara adekvat cavab vermək iqtidarında olduğunu bir daha sübut etdi.
Şahin Seyidzadə
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 524 Tarix: 22 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrBu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün
20 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrBoşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
Ər-arvad boşanmasa belə, tərəflərdən biri uşağın saxlanılması üçün digər valideyndən aliment tələb edə bilər. -ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər bu vəzifəni könüll
19 sentyabrSentyabrın 21-dək bunu etməyənlər CƏRİMƏLƏNƏCƏK
21 sentyabr 2026-cı il avqust ayı üzrə bir sıra vergi bəyannamələrinin təqdim edilməsinin son günüdür. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Son tarixədək aşağıdakı bəyannamələr təqdim edilməlidir:. uduşlardan və mükafatlardan əldə edilmiş gəlirdən ödəm
19 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrNeftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Bu, Azərbaycanın iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan, gecə-gündüz fədakarcasına əmək sərf edən neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən müqəddəs peşə bayramıdır. Hər xalqın tarixində elə tarixi anlar mövcuddur ki, onlar yalnı
20 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabr