"Diplomatik praktikada belə bəyanatlar daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilir" - DEPUTAT
"ABŞ Prezidenti Donald Trampın ünvanına yönələn təhdidlərin davam edəcəyi təqdirdə İrana qarşı sərt cavab veriləcəyini bəyan etməsi mövcud vəziyyəti daha da gərginləşdirir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb.
O, açıqlamasında qeyd edib ki, Trampın açıqlaması birbaşa hərbi əməliyyat elan etməsə də, "ölkənin tam məhvi" kimi ifadələr hərbi güc tətbiqi ritorikasına yaxınlaşır:
" Diplomatik praktikada belə bəyanatlar daha çox siyasi təzyiq aləti kimi qiymətləndirilir. ABŞ rəhbərliyi bu cür açıqlamalarla həm daxili auditoriyaya güclü lider obrazı təqdim edir, həm də qarşı tərəfi çəkindirici psixoloji təsir altına almağa çalışır. Bu ritorika gərginliyin azaldılmasına deyil, əksinə, qarşılıqlı etimadsızlığın dərinləşməsinə xidmət edir və diplomatik kanalların azalması riskini artırır.
Düşünürəm ki, tezliklə hər iki tərəf qarşılıqlı təhdid və tənqiddən əl çəkməli, real və faydalı diplomatiyaya üstünlük verməlidir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır