"Ölkə başçısının bu mötəbər mükafata layiq görülməsi Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymətdir" - DEPUTAT
"Bu gün Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasında yer alıb. Ölkəmiz bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Əminliklə demək olar ki, bütün bu qələbə və uğurların başında məhz İlham Əliyev fenomeni, onun uğurlu siyasəti və fəaliyyəti durur".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, son 22 il ərzində Azərbaycanın bütün sahələrdə inkişaf edərək iqtisadi tərəqqi əldə etməsi, daxili və xarici siyasətdə qazandığı uğurları, ən başlıcası isə Ermənistan ilə 30 illik qanlı qarşıdurmaya son qoyularaq işğal altında olan torpaqların azad edilməsi məhz Prezident İlham Əliyevin apardığı müdrik siyasətin və dahi sərkərdəlik məharətinin sayəsindədir:
"Prezident İlham Əliyevin müdrik diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində 2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra tək ərazi bütövlüyümüz bərpa etmədik. Ölkə olaraq yeni inkişaf mərhələsinə qədəm qoyduq. Vətən müharibəsindəki zəfərdən üç il sonra - 2023-cü il sentyabr ayının 19-da şanlı Azərbaycan Ordusu Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra düşmən tam şəkildə məğlub edildi ve ərazi bütövlüyümüz tam bərpa edildi. Bu gün işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, tam yeni infrastruktur yaradılır, şəhərlər, kənd və qəsəbələr yenidən tikilir, yollar çəkilir, sosial obyektlər, yaşayış və digər təyinatlı binalar tikilir, keçmiş məcburi köçkünlərin döğma yurdlarına qayıdışı təmin edilir. Hazırki dövrdə hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü "Zayed İnsan Qardaşlığı Mükafatı" məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir".
Deputat vurğulayıb ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib:
"Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib