"Cinayət Məcəlləsi ilə təyin olunan cəza məhkəmə hökmü ilə bitmir" - AÇIQLAMA
Cinayətlərin qarşısının alınmasında təkcə sərt qanunlar deyil, həmin qanunların praktikada necə icra olunduğu da həlledici rol oynayır. Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaların real həyatda effektiv tətbiqi cəmiyyətin ədalət hissinə, hüquq sisteminə inamına və cinayətlərin təkrarlanma səviyyəsinə birbaşa təsir göstərir. Bu baxımdan cəzanın kağız üzərində qalması ilə onun real icrası arasındakı fərq hüquqi müzakirələrin əsas mövzularından biridir.
Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalar praktikada nə dərəcədə effektiv icra olunur?
Bu barədə hüquqşünas Xanım Yusifova Sonxeber.az -a açıqlama verib:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalar mahiyyət etibarilə kifayət qədər geniş və balanslıdır. Qanunvericilik həm cəzalandırma, həm də islah prinsiplərinə əsaslanır. Lakin əsas problem cəzaların mövcudluğunda deyil, onların praktikada tətbiqi və icra mexanizmlərinin effektivliyində ortaya çıxır.
Praktikada müşahidə olunur ki, bəzi hallarda cəza təyin edilərkən onun preventiv funksiyası arxa plana keçir. Şərti məhkumetmə, cəzanın təxirə salınması, vaxtından əvvəl azadlığa buraxılma kimi institutlar qanunvericilikdə humanizm prinsipi ilə əsaslandırılsa da, düzgün tətbiq edilmədikdə əks effekt yarada bilir. Xüsusilə də ağır və zorakı cinayətlərdə bu cür yanaşma cəmiyyətdə cəzasızlıq təəssüratı formalaşdırır.
Digər mühüm məsələ cəzaların icrası mərhələsidir. Cinayət Məcəlləsi ilə təyin olunan cəza məhkəmə hökmü ilə bitmir; onun real icrası, nəzarət mexanizmləri və cəzaçəkmə müəssisələrində tətbiq olunan islah tədbirləri də effektivliyin əsas göstəricisidir. Təəssüf ki, bəzi hallarda cəzaçəkmə sistemində islah məqsədi arxa plana keçir və bu da şəxsin cəmiyyətə yenidən adaptasiyasını çətinləşdirir.
Bundan əlavə, eyni tipli cinayətlərə görə fərqli məhkəmə qərarlarının verilməsi cəzaların effektivliyinə kölgə salır. Qanunvericilik çərçivəsində hakimlərin mülahizə hüququ mövcud olsa da, bu mülahizə bəzən vahid məhkəmə praktikasının formalaşmasına mane olur. Nəticədə cəmiyyət üçün anlaşılmaz və ədalətsiz görünən qərarlar ortaya çıxır.
Ümumilikdə demək olar ki, Cinayət Məcəlləsində nəzərdə tutulan cəzalar nəzəri baxımdan effektivdir, lakin praktikada bu effektivlik hər zaman təmin olunmur. Problemin kökü daha çox icra mexanizmlərində, məhkəmə təcrübəsində vahidliyin olmamasında və cəzanın qaçılmazlığı prinsipinin tam tətbiq edilməməsindədir. Real nəticə əldə etmək üçün cəzaların sərtləşdirilməsindən daha çox, mövcud cəzaların ardıcıl, ədalətli və qaçılmaz şəkildə icrası təmin edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Kadir İnanırın mirasının məbləği açıqlandı
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi
Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
Rusiya Ukraynanı bombaladı