Zorakılığa meyilli davranışlar sonradan formalaşır, yoxsa uşaqlıqdan təməli qoyulur? - AÇIQLAMA

Zorakılığa meyilli davranışlar sonradan formalaşır, yoxsa uşaqlıqdan təməli qoyulur? - AÇIQLAMAZorakılıq yalnız hüquqi və sosial problem deyil, eyni zamanda dərin psixoloji kökləri olan davranış formasıdır. Cəmiyyətdə tez-tez müzakirə olunan əsas suallardan biri də budur: insan zorakılığa meyilli olaraq doğulur, yoxsa bu davranış sonradan formalaşır?

Bu sualın cavabı zorakılığın qarşısının alınması, erkən müdaxilə və sağlam cəmiyyətin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəs görəsən zorakılığa meyilli davranışlar sonradan formalaşır, yoxsa uşaqlıqdan təməli qoyulur?

Psixoloq G.Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Zorakılığa meyilli davranışlar adətən tək bir mərhələdə və ya tək bir səbəbdən formalaşmır. Elmi yanaşmaya görə, bu meylin təməli çox vaxt uşaqlıq dövründə qoyulur, lakin onun açıq şəkildə davranışa çevrilməsi sonrakı həyat mərhələlərində baş verir.

Uşaqlıqda yaşanan emosional laqeydlik, fiziki və ya psixoloji zorakılıq, valideynlər arasında aqressiv münasibətlər, eləcə də təhlükəsiz bağlanmanın formalaşmaması uşağın psixikasında dərin izlər buraxır. Bu cür mühitdə böyüyən uşaq üçün zorakılıq zamanla normal ünsiyyət forması kimi qəbul edilə bilər. Uşaq görərək öyrənir və gördüyünü davranış modelinə çevirir.

Bununla yanaşı, hər zorakılığa meyilli insan mütləq travmatik uşaqlıq keçirmiş şəxs deyil. Yeniyetməlik və yetkinlik dövrlərində uzunmüddətli stress, sosial ədalətsizlik hissi, özünü dəyərsiz və nəzarətsiz hiss etmə, alkoqol və psixoaktiv maddələrin təsiri də zorakı davranışları ortaya çıxara bilər. Bu halda uşaqlıqda qoyulan zəif psixoloji baza sonradan daha asan sarsılır.

Əsas məqam ondan ibarətdir ki, uşaqlıqda formalaşan psixoloji strukturlar gələcək davranışların istiqamətini müəyyən edir, lakin insan taleyi tam olaraq həmin dövrdə yazılmır. Vaxtında psixoloji dəstək, sağlam sosial mühit və düzgün müdaxilə ilə zorakılığa meylli davranışların qarşısını almaq mümkündür.

Bu səbəbdən zorakılıqla mübarizə yalnız cəza mexanizmləri ilə məhdudlaşmamalı, uşaqlıq dövründən başlayaraq ailə, məktəb və cəmiyyət səviyyəsində psixoloji maarifləndirmə gücləndirilməlidir. Problemin kökü nə qədər erkən aşkar olunarsa, onun nəticələri ilə mübarizə bir o qədər effektiv olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 639   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Partlayışda xəsarət alan həkim öldü

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini

5 may
.

"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində ofisantlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsin

5 may
.

Bakıda müğənni əməliyyatdan sonra öldü

Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub

5 may
.

Həmin uşağın valideynləri tapıldı

Abşeronda - Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan 2 yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, azyaşlının valideynləri artıq tapılıb. Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfində

5 may
.

Sabah 23 dərəcə isti gözlənilir

Azərbaycanda mayın 7-də 23 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi il

6 may
.

İdeal nəticə axtarışı nə zaman təhlükəli həddə çatır? - AÇIQLAMA

Mükəmməl olmaq istəyi bir çox hallarda uğurun açarı kimi təqdim edilsə də, mütəxəssislər bu yanaşmanın hər zaman sağlam olmadığını bildirir. Son illərdə xüsusilə gənclər arasında yayılan perfeksionizm meyli, görünməz psixoloji təzyiq yaradır və insanların həm emosional vəziyyətinə, həm də gündəlik həya

6 may
.

Son dəqiqələrdə finala vəsiqə qazandı - VİDEO

ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ikinci finalçı da məlum olub. xəbər verir ki, yarışmanın 2-ci finalçısını müəyyələndirmək üçün Fariz Zeynalov və Tərlan Xəlilov üz-üzə gəliblər. Gərgin keçən görüşdə söz ustadları maraqlı çıxışları ilə diqqət çəkib. Möhtəşəm meyxana ilə çıxış edən tərəflə

6 may
.

Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı

Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığ

6 may
.

"Ağıl və ürək dilemması daxili qarışıqlığın əlamətidir" - PSİXOLOQ

Ətrafımızsan, sosial şəbəklərdən izlədiyimiz və gördüyümüz qədəri ilə bir çox münasibətlərdə ciddi bir problem yaşandıqdan sonra tərəflər münasibəti sorğulamağa başlayır və ağıl ilə ürək arasında qalaraq qərar verməkdə çətinlik çəkirlər. Bəs, belə hallarda daha sağlam və düzgün qərar vermək üçün psixoloj

6 may