Pensiyalar bu qədər ARTIRILACAQ - YENİLİK
Son illər Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. Pensiya və sosial ödənişlərin mərhələli şəkildə artırılması, əhalinin həssas təbəqələrinin rifahının yaxşılaşdırılması və məşğulluğun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Milli Məclisin əmək və sosial siyasət komitəsində keçirilən iclasda səsləndirilən yeni rəqəmlər də sosial xərclərin artan payını və 2026-cı il üçün nəzərdə tutulan əsas hədəfləri aydın şəkildə ortaya qoyur.
Bu barədə iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlama verib.
O bildirib ki, yaşa görə pensiyaların 53 manat artırılması rəqəmlərlə baxdıqda kifayət qədər aydın mənzərə yaradır:
"Hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 576 manatdırsa, 53 manatlıq artımdan sonra bu göstərici 629 manata yüksəlir. Bu, nominal ifadədə təxminən 9,2 faiz artım deməkdir. Bu artım aşağı pensiya alanlar üçün daha hiss olunan olacaq. Məsələn, 400 manat pensiya alan bir şəxs üçün 53 manat artım aylıq gəlirin əhəmiyyətli hissəsini təşkil edir və gündəlik xərclərin ərzaq, dərman, kommunal ödənişlərin qismən yüngülləşməsinə imkan yaradır. Lakin 800-900 manat civarında pensiya alanlar üçün bu artımın təsiri nisbətən zəif hiss olunacaq".
O deyib ki, artımı real qiymətləndirmək üçün inflyasiya amilini də nəzərə almaq lazımdır:
"Əgər illik inflyasiya 6-8 faiz civarındadırsa, 53 manatlıq artım pensiyaçıların alıcılıq qabiliyyətini tam artırmır, daha çox qiymət artımlarının yaratdığı itkiləri kompensasiya edir. Yəni bu addım rifahı kəskin yüksəltmir, mövcud vəziyyəti qorumağa yönəlib. Yaşa görə pensiya alanların sayını nəzərə aldıqda, bu artım dövlət üçün hər ay milyonlarla manat əlavə xərc deməkdir. Bu səbəbdən belə qərarların davamlı olması üçün pensiya artımları iqtisadi artım, məşğulluğun genişlənməsi və sosial sığorta daxilolmaları ilə paralel aparılmalıdır".
Sadə dildə desək, bu dəyişiklik ilk növbədə inflyasiya qarşısında müdafiə mexanizmidir. Xüsusilə minimal və ya orta məbləğdə pensiya alan şəxslər üçün bu 53 manatlıq artım, ay sonunda büdcədə yaranan kəsiri bağlamaq, bir neçə zəruri dərmanı və ya bir həftəlik ərzaq ehtiyacını qarşılamaq imkanı deməkdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4250 Tarix: 24 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,
19 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrAzərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrOktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
20 sentyabrCəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa
19 sentyabr