Metro və avtobuslarla bağlı VƏZİYYƏT DƏYİŞDİ - VACİB DETALLAR

Metro və avtobuslarla bağlı VƏZİYYƏT DƏYİŞDİ - VACİB DETALLARÖtən il Azərbaycanda metro ilə müqayisədə avtomobil və avtobusla sərnişin daşımalarında artım müşahidə olunub. Belə ki, metrodan istifadə edən sərnişinlərin sayı 1,4 faiz azalaraq 226,8 milyon nəfər təşkil edib. Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı isə 1 973,8 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz artım deməkdir. Avtobuslarla daşınan sərnişinlərin sayı 1 879,8 milyon nəfər olub. Bu göstərici ötən illə müqayisədə 7,1 faiz artıb. Taksi xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 94 milyon nəfərə çatıb və 2024-cü illə müqayisədə 3,5 faiz artım qeydə alınıb.

Vəziyyət niyə bu qədər dəyişib? Bu proses yollarda nəqliyyat sıxlığının daha da artacağına işarə edirmi?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, bu artım təkcə Bakı şəhərini deyil, ümumilikdə bütün ölkə ərazisini əhatə edir.

Onun sözlərinə görə, statistik göstəricilərdə müşahidə olunan dəyişikliklərin formalaşmasının bir neçə əsas səbəbi var:

"Xüsusilə metroda sərnişin sayının azalması fonunda avtomobil nəqliyyatı, avtobus və taksi xidmətlərində artımın qeydə alınması diqqət çəkir. Ölkə üzrə ictimai nəqliyyatda, xüsusilə avtobusla sərnişindaşıma sahəsində artım əsasən xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlıdır. Son illərdə yeni, daha rahat və komfortlu avtobuslar gətirilib, müasir yollar salınıb. Xüsusilə paytaxtda marşrut şəbəkəsinin genişləndirilməsi ünvandan ünvana birbaşa və daha rahat hərəkət imkanları yaradıb. Bu gün sərnişinlər evdən ofisə, gündəlik hərəkət etdikləri ünvanlara daha komfortlu avtobuslarla çata bilirlər. Avtobuslarda kondisionerlərin mövcudluğu da bu nəqliyyat növünə marağı artıran əsas amillərdəndir. Bu tendensiya təkcə Bakı ilə məhdudlaşmır".

İqtisadçı bildirib ki, regionlarda da avtobusla sərnişindaşıma artmaqdadır:

"Məsələn, Gəncədə "BakuBus" MMC-nin fəaliyyətə başlaması, yeni marşrutların açılması və müasir avtobusların istismara verilməsi regionlarda da ictimai nəqliyyatın keyfiyyətini yüksəldib. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yeni marşrutların istifadəyə verilməsi, sərnişindaşıma sahəsində əvvəl mövcud olan neqativ halların aradan qaldırılması və bu sahənin tam rəsmiləşdirilməsi də statistik artıma ciddi təsir göstərib. Sərnişindaşıma sahəsində yayınma hallarının minimuma endirilməsi nəticəsində real göstəricilər statistikalarda öz əksini tapmağa başlayıb".

E.Kərimli qeyd edib ki, digər mühüm məqam taksi daşımalarında müşahidə olunan artımla bağlıdır:

"Bu artımın əsas səbəblərindən biri rəqəmsal platformaların geniş yayılmasıdır. Hazırda rəqəmsal taksi platformaları təkcə şəhərlərdə deyil, regionlarda və hətta kəndlərdə də aktiv şəkildə istifadə olunur. Bununla yanaşı, taksi sektorunda aparılan ciddi tənzimləmələr qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına, fəaliyyətin leqallaşdırılmasına və hesabatlılığın artmasına imkan yaradıb. Bu da əvvəl qeydə düşməyən göstəricilərin rəsmi statistikaya daxil edilməsinə səbəb olub. Eyni zamanda Qarabağ bölgəsinə səfərlərin artması da həm avtobus, həm də taksi daşımalarına olan tələbatı yüksəldir. Ümumilikdə ölkə əhalisinin say artımı da nəqliyyat xidmətlərinə olan tələbatın yüksəlməsində rol oynayan amillər sırasındadır".

Müsahibimizin sözlərinə görə, Bakıda metroda sərnişin sayının azalması əsasən alternativ ictimai nəqliyyat vasitələrinin daha komfortlu olması ilə əlaqədardır:

"Kondisionerli avtobusların fəaliyyəti, marşrutların genişlənməsi, avtobus yollarının salınması və ünvana birbaşa çatdırılma imkanları bəzi hallarda sərnişinlərin metrodan avtobusa yönəlməsinə səbəb olur. Bu vəziyyət eyni zamanda metro xətlərinin və stansiyalarının genişləndirilməsinə ehtiyac yarandığını da göstərir. Son illərdə ölkəyə ekoloji cəhətdən təmiz "eko-avtobuslar" gətirilib və onlar artıq Bakıda fəaliyyət göstərir. Naxçıvanda da bu istiqamətdə ciddi işlər aparılıb, avtobus parkı yenilənib. Bu addımlar sərnişindaşımanın keyfiyyətini, rahatlığını və sürətini daha da artırıb və insanların bu nəqliyyat növünə üstünlük verməsinə şərait yaradıb. Bütün bu prosesləri yalnız yol tıxaclarının artması ilə əlaqələndirmək tam düzgün olmaz. Çünki söhbət təkcə Bakı şəhərindən deyil, ümumilikdə respublika üzrə aparılan statistik müşahidələrdən gedir. Bundan əlavə, əvvəlki illərlə müqayisədə nəqliyyat sahəsində tənzimləmə və şəffaflığın artırılması statistik məlumatların daha dəqiq aparılmasına imkan verib və bu da rəqəmlərdə artım kimi görünür".

İqtisadçı paytaxtda taksilərin sayının azaldığını da vurğulayıb:

"Əvvəllər 70 mindən çox olan taksi sayı hazırda 25-30 min civarındadır. Bu isə şəhər üzrə taksi gedişlərinin süni şəkildə artmasına imkan vermir. Əksinə, qeyri-qanuni taksi fəaliyyətinin qarşısı ciddi şəkildə alınıb. Ümumi taksi gedişlərinin artımı isə respublika üzrə aparılan tənzimləmə və rəsmiləşdirmə tədbirlərinin nəticəsidir. Həm də yeni elektron taksi platformalarının tətbiqi bu nəqliyyat vasitəsindən istifadəni xeyli asanlaşdırıb. Həmçinin xidmət haqlarının münasib olması bir çox hallarda şəxsi avtomobildən istifadə etmək əvəzinə, taksiyə üstünlük verilməsini stimullaşdırır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 914   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr