Azərbaycanda ayların adları dəyişdirilir? - "Çıxçömbəl, Oğlaqqıran, Vaynənə…"

Azərbaycanda ayların adları dəyişdirilir? - "Çıxçömbəl, Oğlaqqıran, Vaynənə…"Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində ardıcıl addımlar atır və müxtəlif tədbirlər həyata keçirir. Bu fonda ayların adlarının dəyişdirilməsi yenidən müzakirə obyekti olub. Belə ki, tarixi məlumatlara görə, Azərbaycanda ayların adları əvvəllər fərqli olub. Məsələn, yanvar "ocaq", fevral "çillə", mart "bozay", aprel "çiçək", may "elat", iyun "qızmar", iyul "bürkü", avqust "qorabişirən", sentyabr "yığım", oktyabr "əkin", noyabr "güzdək", dekabr isə "aralıq" adlandırılıb.

Ay adlarını yenidən dilimizə uyğunlaşdırmaq mümkündürmü?

Ölkə.Az xəbər verir ki, bu barədə Globalinfo.az-a tarixçi alim Zaur Əliyev danışıb. O deyib ki, uzun illər əvvəl ayların adı iqlimlə əlaqələndirilib:

"Məsələn, fevral - boz ay, mart - çıxçömbəl, oğlaqqıran ay, aprel - leysan, may - ağlargülər, iyun - vaynənə, iyul - qorabişirən, avqust - quyruq donan (bəzi yerlərdə quyruq doğan), elqovan, sentyabr - solyan, oktyabr - elköçdü, noyabr - qırovdüşən və sair adlandırılıb. Qədim dövrlərdə Azərbaycan türkləri ayları təbiətdə baş verən bioloji və iqlim dəyişikliklərinə (fenologiyaya) uyğun adlandırırdılar. İslamdan əvvəlki və erkən orta əsrlərdə Azərbaycanın yerli türk tayfaları təbiət hadisələrinə və təsərrüfat dövrlərinə əsaslanan adlardan istifadə edirdilər".

Tarixçi bildirib ki, təqvimdəki ayrı-ayrı kəsim adları həmin dövrlərin ən xarakterik xüsusiyyətini poetik şəkildə əks etdirir:

"Məsələn, xalq təqvimində yayın ən isti ayı hesab olunan avqust - "qora bişirən" adlandırılıb, çünki bu zaman üzüm gilələrindəki qoralar (yəni kal üzüm) yetişməyə başlayır və bu, həmin dövrün əsas fərqləndirici əlamətidir. Göründüyü kimi, oğlaqqıran, leysan, ağlar‑gülər, vay nənə, qorabişirən və sair adlar xalq təqvimində ilin müxtəlif dövrlərinin ən əlamətdar xüsusiyyətlərini birbaşa göstərən poetik metaforlar kimi təqdim olunur. Lakin unutmayaq ki, hər bir türk tayfasının özünəməxsus təqvim sıralaması olub. Bundan başqa, islam dininin qəbulu da sıralamaya təsir edib".

Alim qeyd edib ki, XI əsrdən başlayaraq dövlət səviyyəsində Məlik Şah tərəfindən qəbul edilmiş təqvimimiz olub:

"Məlik Şah təqvimi XIX əsrə qədər az dəyişiklik istifadə edilib. "Ocaq", "nisan" adları əslində Türkiyə türklərinin adlandırılmasıdır. 1920-ci illərin əvvəllərində görkəmli ədib Cəfər Cabbarlı ayların adlarını milliləşdirmək üçün yeni siyahı təklif etmişdi. "Ocak, Söven, Güran" kimi milli adlar təklif etsə də, sovet rejiminin standartlaşdırma siyasəti nəticəsində bu adlar rəsmi qəbul edilmədi. Lakin Azərbaycan 1918-ci ildə Qriqorian təqviminə keçdi və SSRİ-nin tərkibində olarkən bu sistemə tam uyğunlaşdı. Ayların adlarının dəyişdirilməsinə gəldikdə, bu məsələdə vətəndaş cəmiyyətinin qərar verməsi düzgündür. Qeyd edim ki, bununla bağlı Türkmənistan variantı da var. Onlar da müəyyən adları dəyişiblər. Türkiyədə bəzi adlar beynəlxalq formada saxlanıb, bəziləri isə milli sözlərlə əvəzlənib. Hesab edirəm ki, artıq XXI əsrdir, dünyanın böyük hissəsi bunu qəbul edib. Hər şeyi milli etmək olar, lakin beynəlxalq standrtları da düşünmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1510   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr