Sabah bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq
Bakıda yanvarın 27-də bəzi yerlərdə çiskinli yağış, rayonlarda isə qar yağacağı gözlənilir.
Sonxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 512 Tarix: 26 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aşıq verilişlərə xanəndələrlə bağlı şərt qoydu
Aşıq Əli Tapdıqoğlu xanəndələrdən şikayət edib. Axşam.az xəbər verir ki, sənətçi muğam ifaçılarının aşıq mahnısı oxumasını pisləyib. "Gün ortası" verilişində yer alan Əli verilişlərə şərt qoyduğunu da etiraf edib:. "Müsahibə veririəm, verilişdə səsimi kəsirlər. Biz musiqiçilərin dolanışığ
19 martKərə yağı istehsalı ilə bağlı qalmaqallı görüntülər (VİDEO)
Antisanitar şəraitdə hazırlanan kərə yağının görüntüləri insanların narahatlığına səbəb olub. xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. İddialara görə, kadrlarda "Tulçinka" markalı kərə yağının istehsal prosesi əks olunub. Görüntülərdə məhsulun gigiyenik normalar
18 martTətildən sonrakı ilk dərs günün vaxtı açıqlandı
Novruz və Ramazan bayramları ilə əlaqədar martın 20-dən ümumi təhsil müəssisələrində tətil başlayır. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrind
19 martAzərbaycanda Novruz bayramıdır
Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir. -ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası "Yeni gün"dür. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sır
20 martYerə bənzəməyən qəribə planet kəşf EDİLDİ
Astronomlar Günəş sistemindən kənarda yeni planet növü aşkar ediblər. xəbər verir ki, tədqiqat zamanı James Webb Space Telescope və digər teleskopların məlumatlarından istifadə olunub. Mütəxəssislərin araşdırdığı L 98-59 d adlı ekzoplanet Yer kürəsindən təxminən 35 işıq ili uzaqlıqda yerləşir və kiçi
18 martXırdalanın bu əraziləri işıqsız qalacaq
Xırdalanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşero
18 mart38 yaşlı dayə işlədiyi evdə qəfil öldü
Abşeron rayonu Masazır qəsəbəsində 38 yaşlı qadın işlədiyi evdə ölüb. "Qafqazinfo" xəbər verir ki, martın 16-sı saat 19 radələrində Masazır qəsəbə sakini 1988-ci il təvəllüdlü Xəyalə Qəribxan qızı Əliyeva qəsəbənin ərazisində dayəlik etdiyi evdə qəflətən ölüb. Onun ölüm səbəbi hələlik məlu
19 mart