"Elə qanun hazırlanmalıdır ki, publarda baş verən əxlaqsızlıqların qarşısı kökündən alınsın" - SOSİOLOQ

"Elə qanun hazırlanmalıdır ki, publarda baş verən əxlaqsızlıqların qarşısı kökündən alınsın" - SOSİOLOQSon illər əyləncə məkanlarında diqqət çəkən təhlükəli bir tendensiya formalaşıb: bəzi publar və restoranlar artıq səviyyəli musiqi, keyfiyyətli xidmət və sağlam mühitlə deyil, açıq-saçıq geyimlər, vulqar səhnə hərəkətləri və sosial şəbəkələr üçün qəsdən yayılan qalmaqallı görüntülərlə müştəri toplamağa çalışırlar. Sanki sənət ikinci plana keçib, ucuz diqqət isə əsas reklam vasitəsinə çevrilib.

Bu yanaşma təkcə estetik zövqü korlamır, həm də cəmiyyətin mənəvi mühitinə təsir göstərir. Sosial şəbəkələrdə məqsədli şəkildə yayılan bu görüntülər adi əyləncə reklamı kimi təqdim olunsa da, əslində daha çox reytinq xatirinə sərhədlərin pozulmasıdır. Nəticədə, ailəvi mühitə uyğun məkan anlayışı zəifləyir, gənclərə isə yanlış nümunələr ötürülür.

Bəs görəsən əyləncə adı altında yayılan bu görüntülərin qarşısını almaq üçün hansı addımlar atılır?

Sosioloq Mətanət Məmmədova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Bu gün hara baxırıqsa, vulqar görüntülərlə üz-üzə qalırıq. Sosial şəbəkələrdə adi bir axtarış edirsən, ilk qarşına çıxan mənəviyyatı tapdalanmış, əxlaq sərhədlərini aşmış görüntülər olur. Canlı yayıma çıxıb bədənini reklam edən, qiymət deyən qadınlar artıq adi mənzərəyə çevrilib. Və bu, təkcə ekranda qalan bir görüntü deyil - bu, birbaşa insanların düşüncəsinə, ailələrinə, gələcəyinə təsir edən təhlükəli bir prosesdir.

Düşüncəsi aşağı olan bəzi insanlar artıq açıq-aşkar belə qənaətə gəlirlər ki, müştəri cəlb etməyin, diqqət çəkməyin yolu məhz bu vulqar davranışlardan keçir. Bunun nəticəsində isə həyat yoldaşı, ailəsi olan, namusla yaşayan qadınlar belə cəmiyyət içində narahatlıq yaşayır. Çünki normal ilə anormallıq arasındakı sərhəd silinib.

Getdikcə Azərbaycan öz simasını itirir. Restoranlarda, publarda, toylarımızda gənclərin sərgilədiyi xoşagəlməz, nəzarətsiz hərəkətlər də bu acı mənzərənin tərkib hissəsidir. Onlar sanki özündən çıxmış, kim olduqlarını unutmuş kimi davranırlar. Baxanda adam düşünür: bu insan özündə deyil. Daha acısı isə odur ki, bütün bunlar cəmiyyət tərəfindən adiləşdirilib, "normaldır" adı altında qəbul edilir.

Amma bu normal deyil!
Bu, bizim xalqın dəyəri deyil!
Bu, bizim mədəniyyətimiz deyil!

Bütün bu halların qarşısını almaq üçün Azərbaycanda yeni və çox ciddi bir mexanizm yaradılmalıdır. Çünki bu xalqın mənəvi dəyərləri gözümüzün önündə əldən gedir. Bilmirəm bunun adı cərimə olacaq, qadağa olacaq, yoxsa hətta həbs mexanizmləri - amma mütləq tədbir görülməlidir. Elə bir qanun hazırlanmalıdır ki, publarda, restoranlarda, ictimai məkanlarda baş verən əxlaqsızlıqların qarşısı kökündən alınsın.

Biz mənəviyyatımızı çöldən tapmamışıq. Bizim mənəviyyatımızın əsrlərlə formalaşmış tarixi var. Müasirlik və mədəniyyət adı altında soyunmaq, çılpaq gəzmək, əxlaq sərhədlərini aşmaq heç vaxt mədəniyyət olmayıb. Bir xalqın mədəniyyəti onun geyim tərzində, davranışında, özünü aparmaq qabiliyyətində əks olunur. Mədəniyyət budur!

Milli mentalitetin üstündən xətt çəkmək nə müasirlikdir, nə də inkişaf. Bu, sadəcə dəyərlərin məhvidir.

Hər zaman demişəm, yenə də deyirəm: yeni mexanizm hazırlanmalıdır və bu mexanizm son dərəcə sərt olmalıdır. Əgər biz cəmiyyətimizi gələcəyə aparmaq istəyiriksə, qaydalar ciddiləşməli, cərimələr yüksək həddə tətbiq olunmalıdır. Bu, dünyanın inkişaf etmiş ölkələrinin praktikasında var. Hansı qaydanı tətbiq etmək istəyiblərsə, ilk növbədə cərimələrdən başlayıblar.

Çünki insan cəmiyyəti olan yerdə cəza və məsuliyyət yoxdursa, orada nə intizam olar, nə də inkişaf.

Bəs bizim uşaqlarımız niyə sosial şəbəkələrdə bu vulqar görüntüləri görməlidir? Onlar hansı dəyərlərlə böyüyür? Hansı cəmiyyətin gələcəyini qururlar?

Bu mövzuda illərdir danışırıq, amma nəticə yoxdur. Artıq söz yox, əməl vaxtıdır. Bu halların qarşısını yalnız və yalnız real cəza və ciddi cərimələrlə ala bilərik. Cəmiyyətə, mentalitetə, milli dəyərlərə zərbə vuran hər bir davranış cavabsız qalmamalıdır.

Əks halda, susduqca itirəcəyik.
Susduqca dəyərlərimiz əlimizdən gedəcək".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1531   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

GƏLƏN İL PENSİYA VƏ MÜAVİNƏTLƏR ARTACAQMI? - Ən az artım sosial xərclər üzrədir, amma...

Gələn ilin dövlət büdcəsi layihəsində diqqət çəkən əsas məqamlardan biri sosial sahəyə ayrılan vəsaitin məbləğidir. Proqnozlara əsasən, sosial müdafiə və sosial təminat xərcləri 4,87 milyard manatdan 4,92 milyard manata yüksəlir. Cəmi 43 milyon manatlıq və ya 0,9%-lik bu artım ana xərc istiqamətlər

20 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

19 sentyabr