Azərbaycanda Nipah virusuna yoluxma qeydə alınıb? - Rəsmi açıqlama
Azərbaycanda hazırda Nipah virusu ilə bağlı hər hansı yoluxma halı qeydə alınmayıb.
Bu barədə Sonxeber.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, virus ölkəmiz üçün endemik hesab edilmir və mövcud epidemioloji vəziyyətə əsasən əhaliyə real təhlükə mövcud deyil: "Daxili yayılma riski aşağı qiymətləndirilir və proses Səhiyyə Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılır.
Nipah virusu Paramyxoviridae ailəsinə aid zoonoz mənşəli (heyvandan insana keçən), xüsusi təhlükəli yoluxucu xəstəlik törədicisidir. İnsanlara əsasən yarasalar tərəfindən çirkləndirilmiş meyvə və meyvə şirələrinin qəbulu, yoluxmuş heyvanlarla (xüsusilə donuzlarla) təmas, eləcə də nadir hallarda xəstə insandan hava-damcı yolu ilə keçə bilər. Xəstəliyin inkubasiya dövrü adətən 5-14 gün təşkil etsə də, bəzi hallarda 45 günə qədər uzana bilər. Kliniki əlamətlərə yüksək hərarət, baş, əzələ boğaz ağrısı, şüurun pozulması, ensefalit, qıcolmalar və ağır hallarda koma daxildir. Hazırda xəstəliyə qarşı spesifik müalicə və peyvənd mövcud deyil, müalicə əsasən simptomatik xarakter daşıyır".
Məlumatda qeyd olunub ki, Azərbaycanda epidemioloji risk səviyyəsi aşağıdır və xəstəlik yalnız kənardan gətirilmə yolu ilə mümkün ola bilər: "Virusun insandan insana asan ötürülməməsi səbəbindən geniş yayılma ehtimalı minimaldır. Səhiyyə Nazirliyi tərəfindən vəziyyət daim izlənilir. Xüsusilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji nəzarət gücləndirilib. Şübhəli hallar aşkar olunduğu təqdirdə, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin 2 və 3-cü bioloji təhlükəsizlik səviyyəli laboratoriyalarında müvafiq müayinələrin aparılması mümkündür.
Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların məlumatları mütəmadi əsasda izlənilir. Profilaktik məqsədlə yarasalar tərəfindən çirkləndirilə biləcək meyvələrin yuyulmadan yeyilməməsi, pasterizə olunmamış meyvə şirələrinin qəbulundan çəkinilməsi, xəstə şəxslərlə təmas zamanı fərdi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.
Hazırkı mərhələdə əhali üçün əlavə xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Ümumi sanitariya-gigiyenik qaydalara riayət edilməsi kifayətdir. Endemik ərazilərdən qayıdan şəxslərin öz sağlamlıqlarını müşahidə etməsi və hər hansı şübhəli simptomlar yaranarsa, vaxtında həkimə müraciət etməsi tövsiyə olunur. Hazırda xəstəlik epidemioloji baxımdan nəzarət altındadır və təşviş üçün əsas yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 672 Tarix: 26 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf
19 sentyabrPensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrBu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə
20 sentyabrPensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ
19 sentyabrAzərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea
20 sentyabr