Generalın oğlu keçmiş sevgilisini təhdid edir?
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun keçmiş sevgilisini təhdid etdiyi iddia olunur.
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı təhdid olunduğunu deyən Nərmin Xudaverdiyeva sosial media hesabında paylaşım edib.
N.Xudaverdiyeva bildirib ki, Rüstəm Orucov ona evlilik təklifi edib və bir ildən çox sevgili olublar:
"Lakin hər münasibətdə problem olduğu kimi, bizdə də bəzi məsələlər oldu, ayrıldıq. Oktyabrdan isə yeni münasibətə başladım. Bunu öyrənən Rüstəm Orucov məni təhdid etməyə başladı. O bunu həzm etməyərək evimizə gəlib maşınıma ziyan vurur, məni təhqir edib. Haqqımda neqativ fikirlər səsləndirib. Bu günə qədər polisə şikayət etməmişəm. Dünən isə mənim adımdan feyk profil açaraq özünə ondan ötrü darıxdığımı yazıb və hazırda münasibətim olduğu insana göndərib. Təbii ki, burada məqsəd bizim münasibətimizi bitirmək olub. Artıq canımdan bezmişəm, yaşamaq istəmirəm. Keçmiş məmurun övladı olduğuna güvənib məni əzməyi düşünür".
Qeyd olunan məsələ ilə bağlı artıq Nərmin Xudaverdiyeva polisə müraciət edib. Müraciət əsasında araşdırma aparılır.
Xatırladaq ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini general-mayor Novruzəli Orucovun oğludur. O, 2017-ci ildə xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə həbs edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 866 Tarix: 26 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabrAzərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar
Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər
18 noyabrMuxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18 noyabr