İş adamı Sahil İmanov: "Azərbaycanda işsizlik deyil, işləmək problemi var"

İş adamı Sahil İmanov: "Azərbaycanda işsizlik deyil, işləmək problemi var"Tanınmış iş adamı Sahil İmanov Azərbaycanda əmək bazarı ilə bağlı sərt və diqqətçəkən açıqlama verib.

O, bu barədə şəxsi sosial media hesabında paylaşım edərək şirkətlərində aylardır açıq vakansiyalar olmasına baxmayaraq, işçi tapmaqda ciddi çətinlik yaşadıqlarını bildirib.

Sahil İmanovun sözlərinə görə, uzun müddət ölkədə işsizlik problemi olduğunu düşündüyünü, lakin real sektorun içində vəziyyətin tamam fərqli olduğunu gördüyünü qeyd edib:

"Mən elə bilirdim ki, həqiqətən işsizlik problemi var. Amma reallıq başqadır. Bizim şirkətlərdə aylardır açıq vakansiyalar var. Elanlar veririk, amma müraciətlər çox azdır. Müraciət edənlərin əksəriyyəti isə real iş şərtlərinə uyğun gəlmir. Açıq deyim: biz işçi tapa bilmirik", - deyə iş adamı bildirib.

İmanov vurğulayıb ki, problem təkcə ixtisaslı kadr çatışmazlığı ilə məhdudlaşmır:

"Söhbət yalnız peşəkar işçilərdən getmir. Biz adi təmizlikçi belə tapa bilmirik".

Onun sözlərinə görə, cəmiyyətdə "Azərbaycanda iş yoxdur" fikri formalaşıb, lakin faktiki vəziyyət tam fərqlidir:

"İş yerləri var. Çoxlu iş yerləri var. Sadəcə işləmək istəyənlərin sayı azalıb. Hamı divanda, kresloda oturub rahat ofis işi axtarır. Sahə işi və real əməyin tələb olunduğu sahələrə maraq demək olar ki, yoxdur".

Sahil İmanov hesab edir ki, bu yanaşma dəyişməzsə, yaxın illərdə əmək bazarında daha ciddi problemlər yarana bilər:

"Əgər bu tendensiya davam edərsə, bir neçə ildən sonra əsas problem işsizlik yox, peşəkar işçi çatışmazlığı olacaq. Bu isə birbaşa ölkə iqtisadiyyatına ciddi təsir göstərəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3675   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur. Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəf

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin özünü buraxması: Qarabağda siyasi-hüquqi mərhələnin sonu

2023-cü il sentyabrın 19-20-də Qarabağda baş verən lokal xarakterli antiterror tədbirləri Azərbaycan tarixinin və Cənubi Qafqazın siyasi reallığının ən mühüm dönüş nöqtələrindən biri oldu. Hadisələrin əhəmiyyəti yalnız 23 saatdan az davam edən hərbi əməliyyatın nəticələri ilə məhdudlaşmırdı. Bu prose

19 sentyabr
.

Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa

19 sentyabr
.

Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər

Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər. Bu, nə dərəcədə mümkündür?. xəbər verir ki, -a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam rea

20 sentyabr