"Süni intellekt (AI) şəbəkələr üzərindəki təzyiqi artıracaq" - Stiven Bay
Süni intellekt (AI) şəbəkələr üzərindəki təzyiqi artıracaq və bununla gələcəkdə AI-ın istifadəsi üçün şəbəkələrdən daha yüksək məhsuldarlıq tələb olunacaq.
Sonxeber.az xəbər verir ki, bunu "Ookla" şirkətinin prezidenti və baş icraçı direktoru (CEO) Stiven Bay "Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti"ndə deyib.
O bildirib ki, qonaq təəssüratlarına və gələcəkdə AI ilə nə olacağına baxdıqda hər yerdə və hər zaman etibarlı, dayanıqlı əlaqə olmalıdır: "Düşünürəm ki, bu, gələcəklə bağlı doğrudan da həyəcanlandırıcı olan şeydir. AI-ya və bugünkü müzakirələrə baxdığınızda, həyatımızın AI tərəfindən təsirlənməyəcək heç bir hissəsi yoxdur. O, etdiyimiz hər şeyə, kontent baxımından qarşılıqlı əlaqədə olduğumuz hər şeyə təsir edəcək. O, necə öyrəndiyimizə, necə ünsiyyət qurduğumuza və necə sosiallaşdığımıza təsir edəcək. AI haqqında maraqlı olan şey odur ki, bu imkanın potensialını açmaq üçün sizə etibarlı, sabit əlaqə lazımdır".
Əlaqənin gələcəyi haqqında danışan CEO şəbəkələrin keyfiyyətini yaxşılaşdırmaq üçün etdikləri işin təməli olduğunu diqqətə çatdırıb: "Biz bu şəbəkələrin məhsuldarlığını ölçür, onu artırır və həmçinin müştərilərimizə bu gün malik olduğumuz alətlər və həllər vasitəsilə bu şəbəkələrin keyfiyyətini yaxşılaşdırmağa kömək edirik. Dünya daha əlaqəli olduqca, daha çox cihaz meydana gəldikcə və bu şəbəkələr üzərində ötürülən məlumatların həcmi artdıqca, onlar həmçinin daha mürəkkəb və idarə edilməsi daha çətin olur. Əlaqə, bu gün nə qədər vacib olsa da, gələcəkdə yalnız öz aktuallığını və əhəmiyyətini artıracaq. Data mərkəzlərində tətbiq olunan texnologiyalara baxdığınızda, istər mərkəzləşdirilmiş, istərsə də paylanmış olsun, əlaqə olmadan və bu kontentə giriş üçün mobil cihaz olmadan AI-ya sahib ola bilməzsiniz, bu texnologiyanın potensialını aça bilməzsiniz".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Rəşid Mahmudovun evində partlayış baş verib?
SON DƏQİQƏ! ABŞ İranın Qeşm adasını bombaladı: 5-6 partlayış baş verdi
1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi
Kadir İnanırın mirasının məbləği açıqlandı
Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Azərbaycanda siqaret yenidən bahalaşacaq? - İqtisadçıdan AÇIQLAMA
Yeni Azərbaycan Partiyası - milli siyasi iradənin, dövlətçilik ənənələrinin və güclü Azərbaycan məfkurəsinin ifadəsi
Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü: Milli dövlətçilik tariximizin mühüm mərhələsi
Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
ABŞ-İran müharibəsində yeni gərginlik: Tehran ABŞ bazasını hədəfə aldı, Vaşinqton bölgəyə üçüncü aviadaşıyıcısını göndərdi
Prezident bu ölkə ilə əbədi dostluq haqqında Müqaviləni təsdiqlədi
Yevlaxda ağır qəzada 2 nəfər öldü
Rusiya Ukraynanı bombaladı