Metrodan gələn bu səs sərnişinlər arasında böyük narahatlıq doğurub - VİDEO
İstanbulun ən sıx nəqliyyat qovşaqlarından biri hesab olunan Şirinevler-Ataköy metro stansiyasında eskalatorlardan gələn yüksək səs sərnişinlərin narazılığına səbəb olub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, gün ərzində minlərlə insanın istifadə etdiyi Ataköy çıxışındakı eskalatorlarda yaranan mexaniki nasazlıq güclü səs-küyə yol açıb.
Sərnişinlər bildirirlər ki, səs-küy həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından ciddi suallar doğurur. Ərazi sakinləri və stansiyadan mütəmadi istifadə edən vətəndaşlar problemin aradan qaldırılması üçün dəfələrlə İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) və Metro İstanbul qurumuna müraciət etdiklərini deyirlər.
Onların sözlərinə görə, müraciətlərə baxmayaraq indiyədək konkret nəticə əldə olunmayıb. Səs çirkliliyindən şikayət edən sakinlər və sərnişinlər nasazlığın daha ciddi qəza riski yaratmadan tezliklə və əsaslı şəkildə aradan qaldırılmasını tələb edirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 820 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabrAzərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar
Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər
18 noyabrMuxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18 noyabr