Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir (FOTO)

Terror hücumunda yaralanan Vasif indi bu səfirlikdə işləyir (FOTO)Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda yaralanan mühafizəçi Vasif Tağıyev hazırda fəaliyyətini öz istəyi ilə ölkəmizin Ukraynadakı Səfirliyində davam etdirir.

Qaynarinfo xəbər verir ki, bu barədə Nocomment.az-a onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu hücumdan sonra iki dəfə əməliyyat olunub və üz nahiyəsindən aldığı güllə yarası səbəbindən həmin hissədə hissiyat itkisi qalmaqdadır.

"Müharibə şəraitinə baxmayaraq bu ölkəni seçməsinin səbəbi ilk diplomatik xidmətinin də Orxan Əsgərovla birgə Ukraynada olmasıdır. Orada işləməsi bizim üçün çox çətindir, hər gün, demək olar ki, həyacan siqnalı verilir", - T. Tağıyeva söyləyib.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı Səfirliyində törədilən terror hücumundan üç il ötür. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə saat 08:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı terror hücumu həyata keçirilib. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq səfirlik binasına daxil olub.

Hadisə zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, hücumun qarşısını alan mühafizəçi Vasif Tağıyev isə ağır yaralanıb.

Vasif Tağıyev göstərdiyi qəhrəmanlığa görə 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Hadisə Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı törədilmiş ən ağır terror aktlarından biri kimi tarixə düşüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 791   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr
.

Bu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur

Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

Azərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq

Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə

17 noyabr
.

Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar

Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər

18 noyabr
.

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib. Qeyd olunub ki, muxtar respublikanın tələbatı tam həcmdə ödənili

18 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

Muxtar Maniyevin oğlu vəzifədən azad olundu

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura

18 noyabr