Nestle və Swissneo qalmaqalından sonra: körpələr üçün təhlükəsiz qida axtarışı - PEDİATRDAN AÇIQLAMA
Son dövrlərdə dünyada və ölkəmizdə Nestle və Swissneo markalarına məxsus bəzi uşaq qidalarında təhlükəsizliklə bağlı problemlərin üzə çıxması valideynlər arasında ciddi narahatlıq yaradıb. Xüsusilə körpə və azyaşlıların qidalanması mövzusunda hər hansı risk cəmiyyət üçün həssas məsələ hesab olunur. Qida təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar fonunda valideynləri düşündürən əsas sual isə budur: əgər tanınmış brendlərin məhsullarında problem aşkarlanırsa, uşaqlar üçün hansı uşaq qidalarına etibar etmək olar? Mövcud vəziyyət həm nəzarət mexanizmlərini, həm də alternativ brendlərin təhlükəsizlik səviyyəsini yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadə BiG.AZ-a açıqlamasında bildirdi ki, ölkəyə gətirilən məhsullar yoxlanılır. Bizdə Qida Təhlükəsizliyi Agentliyinin açıqlamasına görə həmin uşaq qidaları ilə bağlı heç bir problem aşkar olunmadı. Onun sözlərinə görə, yoxlanılsa belə bütün qidalar yoxlanılmır ki, bir ədəd nümunə istənilən halda yoxlanılır. Yəni bütün qablaşdırılmalar açılmır təbiiki. Yəni süni qidalarda həmişə bu cür risk var: "Çünki bu qablaşdırılmış bir qidadır. Yəni istənilən brenddə bu risk var. Hər hansısa bir brend toxunulmazdır və elə bir problem ola bilməz deyə bir şey yoxdur. Ona görədə analar yaxşı olardı ki, ehtiyac olmadığı müddətcə süni qidalardan istifadə etməsinlər. Ehtiyac varsa bu risk həmişə olacaq. Süni qidalardan o qədər kütləvi şəkildə istifadə olunur ki, nəticədə onunda istehsalında bu cür hallar baş verə bilir.
Çünki istehsal çoxdur. Yəni təlabatdan çoxdur. Çünki hər kəs ehtiyac olduğu, olmadığı təqdirdə belə süni qidaları alır və ana südünün yerinə istifadə edir. Ona görədə bir sıra tədbirlər həyata keçirilməlidir. Anaların maarifləndirilməsi həyata keçirilməlidir. Bundan başqa uşaq qidalarına limit qoyulmalıdır. Yəni doğulan uşaqların sayına uyğun statistika çıxarılıb, ona uyğun məhsul idxal edilməlidir. Həttda mən deyərdim ki, lazım deyil ölkədə mütləq hansısa brend mütləq şəkildə olsun. Ancaq bir məhsul ola bilər. Yəni biz dünyada hansısa bir brendlə əməkdaşlıq edə bilərik və ölkədə müxtəlif adlarda yox, bir adda brend olmalıdır. Yəni mənim brendim satılsın, mən önə keçim və reklama yol verilməsin deyə bir brend olsun və onunda maraqları dövlətin əlində olsun".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 645 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKomediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA
Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin
18 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrGürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü
Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin
18 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabr"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18 noyabrHəmkəndlisinin qulağını dişləyib qopardı
Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib. -a istinadən xəbər verir ki, kənd sakini R.M. münaqişə zəminində həmkəndlisi, A.A-nın sol qulağını dişləyərək qoparıb. Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb. R.M. saxlanılıb. Araşdırma aparılı
18 noyabrSabah hava necə olacaq?
Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ
17 noyabr