Kafe və restoran sahiblərinin diqqətinə: Səsləndirilən musiqiyə görə ödəniş məcburidirmi? - Vəkildən açıqlama

Kafe və restoran sahiblərinin diqqətinə: Səsləndirilən musiqiyə görə ödəniş məcburidirmi? - Vəkildən açıqlamaSon illər restoran, kafe və ictimai iaşə obyektlərində səsləndirilən musiqilərlə bağlı müəllif hüquqları məsələsi gündəmdədir. Bir çox sahibkar ictimai məkanda səsləndirilən musiqiyə görə əlavə ödəniş edib-etməməli olduqları ilə bağlı tərəddüd yaşayır. Bu məsələ həm biznes sahibləri, həm də müəllif hüquqları sahibləri üçün aktual hüquqi mövzudur.
Bəs, restoran və kafelərdə səsləndirilən musiqilərə görə müəssisə sahibləri qanunvericiliyə əsasən müəllif hüququ haqqı ödəməyə borcludurmu?

Mövzu ilə bağlı Sonxeber.az-a vəkil Turan Abdullazadə danışıb.

Kafe və restoran sahiblərinin diqqətinə: Səsləndirilən musiqiyə görə ödəniş məcburidirmi? - Vəkildən açıqlamaO, açıqlamasında qeyd edib ki, ümumilikdə restoran, kafe və digər ictimai iaşə obyektlərində səsləndirilən, müəlliflik hüququnun obyekti olan musiqiyə görə müəssisə sahibləri müəllif hüququ haqqı ödəməyə borcludurlar:

"Bu öhdəlik Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunundan irəli gəlir.

Qanunda qeyd olunur ki, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması və ya hər hansı digər üsullarla rəsmiləşdirilməsi tələb olunmur.

Qanuna əsasən, aşağıdakılar müəlliflik hüququnun obyektləri deyildir:

a) rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), habelə onların rəsmi tərcümələri;
b) dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları);
v) xalq yaradıcılığı (folklor) nümunələri;
q) günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar.

Deməli, digər əsərlər müəlliflik hüququnun obyekti hesab olunur.

Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Bu şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

Müəllif öz əsərini daha ciddi şəkildə qorumaq istəyirsə, tövsiyə olunur ki, əsərini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirsin.

Belə hallarla qarşılaşan müəllif müəssisə sahibindən bu pozuntunun aradan qaldırılmasını tələb edə, habelə musiqinin səsləndirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə oluna bilər. Razılıq əldə olunmadığı və pozuntular davam etdiyi təqdirdə isə müəllif məhkəməyə müraciət edə bilər".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1299   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr
.

Mədət Quliyev oğlu ilə toyda - Foto

Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli ilə yeni fotosu yayılıb. "Qafqazinfo" xəbər verir ki, atası ilə birlikdə paytaxtda keçirilən toy məclislərindən birinə qatılan Murad Qulubəyli sosial şəbəkə hesabında ikisinin fotosun

19 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ

Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza

20 sentyabr
.

Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq

Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr