"Appro Hospital"da 1 saatda 5 ölüm halı… "Xəstəxana deyil, qəssabxanadır" - Şikayət
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən "Appro Hospital"da ürəyinə stend qoyulan xəstə dünyasını dəyişib.
1xeber.media xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist, mərhumun qohumu Həbibə Abdulla yazıb. O bildirib ki, sözügedən klinikaya gedən xəstənin bu günə qədər heç bir problem olmayıb və üstəlik ölüm halı ilə bağlı ailəyə çox gec məlumat verilib:
Ramanada "Appro Hospital" 56 yaşlı Rafiq Xəlilovu - indiyədək ürəyindən bir dəfə də şikayəti olmayan dağ kimi adamı öldürüb verib ailəsinə. Stend qoyublar guya… Yaxınlarına öldü-qaldısını da deməyiblər nə qədər müddət. Yoldaşımın əmisidir rəhmətə gedən.
1 saat xəstəxanada olduq, 5 ölüm halı haqda eşitdik. Xəstəxana deyil, qəssabxanadı elə bil. Mühafizəçiləri veriblər qabağa, xəstə (ölü) yiyələri ilə arada qan düşsə, cavab da verməyəcəklər".
Məsələ ilə bağlı "Appro Hospital"la da əlaqə yaratmağa çalışdıq. Lakin davamlı cəhdlərimizə baxmayaraq, klinikadan zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1005 Tarix: 29 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKomediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA
Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin
18 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabrGürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü
Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin
18 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrEvə buraxılan qadın xəstəxana həyətində öldü
Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On
17 noyabr"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video
Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk
18 noyabrHəmkəndlisinin qulağını dişləyib qopardı
Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib. -a istinadən xəbər verir ki, kənd sakini R.M. münaqişə zəminində həmkəndlisi, A.A-nın sol qulağını dişləyərək qoparıb. Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb. R.M. saxlanılıb. Araşdırma aparılı
18 noyabrSabah hava necə olacaq?
Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ
17 noyabr