Nazirlik xəbərdarlıq etdi: Bu oyuncağı uşağınızdan uzaq tutun!

Nazirlik xəbərdarlıq etdi: Bu oyuncağı uşağınızdan uzaq tutun!Türkiyədə Ticarət Nazirliyi sağlamlıq üçün risk daşıdığı müəyyən edilən oyuncaq-aksesuar məhsulunun satışını qadağan edərək, bazardakı məhsulların satışdan çıxarılması barədə qərar qəbul edib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Nazirlik Güvənsiz Məhsul Məlumat Sistemi (GÜBİS) vasitəsilə yaydığı son açıqlamada istehlakçı sağlamlığı baxımından təhlükəli hesab olunan bir oyuncaq aksesuar məhsulu barədə ictimaiyyətə məlumat verib. Bildirilib ki, sözügedən məhsulun istifadəsi istehlakçılar üçün təhlükə yaradır.

Bazar nəzarəti və monitorinq tədbirləri çərçivəsində səlahiyyətli qurumların apardığı yoxlamalar zamanı "Minnie Peluş Ponpon Anahtarlıq" adlı məhsulun istifadəçilər üçün riskli olduğu müəyyən edilib. Aparılan qiymətləndirmələrdən sonra məhsul güvənsiz kateqoriyaya daxil edilib.

Ticarət Nazirliyi boğulma riski daşıdığı bildirilən məhsulun bazara çıxarılmasını qadağan edib. "Japon Pazarı Suat Sayğın" markasına məxsus olan və satışda olan məhsulların geri yığılması qərara alınıb. Qərar GÜBİS sistemində dərc olunaraq qüvvəyə minib.

Nazirlik vurğulayıb ki, istehlakçı təhlükəsizliyini təhdid edən məhsullar şəffaflıq prinsipi əsasında GÜBİS vasitəsilə ictimaiyyətə açıqlanmaqda davam edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6703   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar

Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl

5 may
.

Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd

6 may
.

Partlayış nəticəsində ölən həkim dəfn olundu: Mərasimdən GÖRÜNTÜLƏR

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində baş verən partlayışda ölən həkim Asif Nəsirov dəfn edilib. xəbər verir ki, onun dəfn mərasimi Göyçay rayonunun Qaraxıdır kəndində baş tutub. Dəfn mərasimindən görüntüləri təqdim edirik:

6 may
.

Sirkə içən "Dr. Gülü"nün vəziyyəti necədir? - Açıqlama

Bakıda özünü "Dr. Gülü" kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğ

6 may
.

Reseptini özü kəşf etdi, 29 ildir eyni ədviyyatı satır

Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən bir ədviyyatçının illər əvvəl hazırladığı xüsusi ədviyyat qarışımı bu gün də böyük maraq görür. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ədviyyatçı 3 illik uzun sınaq və araşdırmalardan sonra 29 müxtəlif məhsulun qarışığından ibarət resept

6 may
.

Dostlarınızın sizi qısqandığını göstərən 11 əlamət

Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian

6 may
.

Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirildi - Fotolar

Son illər ölkə başısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühiti

6 may
.

Partlayışda xəsarət alan həkim öldü

Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini

5 may
.

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim

5 may