Sosial mediada başqalarının həyatına baxmaq insanın özünə qiymətini necə təsir edir? - AÇIQLAMA
Son illərdə sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib.
İnsanlar gündəlik olaraq başqalarının həyatından, uğurlarından, səyahətlərindən və sosial aktivliklərindən xəbər alır. Lakin bu davamlı müqayisə prosesi bəzən xoşagəlməz psixoloji təsirlərə səbəb.
Bəs görəsən sosial mediada başqalarının həyatına baxmaq insanın özünə qiymətini necə təsir edir?
Psixoloq G.Qədirli məsələ ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Sosial mediada başqalarının "ideal həyat" görüntülərinə baxmaq, reallığı düzgün qiymətləndirməyən beynimiz üçün təzyiq yarada bilər. İnsan, başqalarının uğurlarını və xoş anlarını görərkən, öz həyatını onları ilə müqayisə etməyə başlayır. Bu müqayisə çox vaxt gerçək vəziyyəti əks etdirmir, çünki sosial media yalnız ən maraqlı və müsbət anları paylaşmaq üçün istifadə olunur.
Uzun müddət bu cür müqayisələr insanın özünə dəyər hissini aşağı sala, özünü kifayət qədər uğurlu və ya xoşbəxt hiss etməməsinə səbəb ola bilər. Bu, həm də narahatlıq, qısqanclıq və depressiya kimi emosional vəziyyətlərin artmasına gətirib çıxara bilər.
Mənim məsləhətim odur ki, başqalarının həyatını "ideal" hesab etməyin, öz nailiyyətlərinizi və gündəlik uğurlarınızı görməyə çalışın və sosial mediada sərhəd qoyun. Özünüzü başqaları ilə müqayisə etməmək, psixoloji sağlamlıq və özünə qiymətin qorunması üçün önəmli addımdır.
Sosial media fasilələri yaratmaq, real həyatda əlaqələr qurmaq və hobbilərə vaxt ayırmaq insanın özünə inamını artırır və başqalarının uğurlarına baxmaqdan yaranan mənfi təsirləri azaldır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 803 Tarix: 30 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrBu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Azərbaycan Respublikasının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əsasən, həqiqi hərbi xidməti keçmədən (sülh dövründə xidmət etmədən) ehtiyatda olanlar üçün hərbi bilet almaq mümkündür. Lakin sənəddə xidmətə "yararlı" statusunun saxlanılaraq hərbi bilet verilməsi yalnı
20 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrAzərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrAzərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 363 ton mis məftil istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 dəfə çoxdur. Təkcə avqustda isə ölkədə 56,8 ton mis məftil istehsal edilib. Ötən ilin avqust ayında istehsa
19 sentyabr