Nazir müavini: "Transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik"

Nazir müavini: "Transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik""Meyitdən orqanların köçürülməsi üçün müəyyən ardıcıl işlər görülüb. Transplantasiya ilə bağlı qanunun qəbul edilməsi hüquqi bazanı gücləndirdi. Bizim həkimlər beyin ölümü diaqnozunu qoymaqda çətinlik çəkirdilər. Bunun həlli istiqamətdə nazirlik tərəfindən ciddi addımlar atıldı".

Oxu.Az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Nadir Zeynalov "Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər" adlı dəyirmi masada səsləndirib.

O bildirib ki, beyin ölümünə dair dəqiq diaqnoz 2024-cü ildən etibarən qoyulmağa başlanıb:

"İlk praktikamız beyin ölümü keçirən şəxslərin ailələri ilə danışmaq oldu. Onlardan orqanların götürülməsi üçün yaxınlarının reaksiyalarını öyrənmək istəyirdik. Bu istiqamətdə müxtəlif maarifləndirmə işləri aparıldı. Bu prosesdə qeyd olunurdu ki, meyitdən orqan verməklə başqalarının həyatını xilas etmək mümkündür.

Ölkəmizdə meyitdən orqanın köçürülməsi ilk dəfə ötən il baş verdi. Bununla ölkəmizdə donor orqanlarının transplantasiyası növbəti mərhələyə keçdi. Bu proses icra olunanda biz düşündük ki, 2025-ci ildə yəqin ki, bir transplantasiya olar. Amma gördük ki, say çoxdur və transplantasiyalar var. Bu o deməkdir ki, həm cəmiyyət düzgün maariflənib, həm də həkimlərimiz prosesi düzgün qavrayıblar. Ötən ilin oktyabr ayında beyin ölümü baş verən pasiyentlər arasında meyitdən ürəyin köçürülməsi məsələsi nəzərdən keçirildi".

N.Zeynalov vurğulayıb ki, ürəyin köçürülməsində psixoloji və tibbi risk var:

"Ürəyin köçürülməsi insanın psixologiyası üçün möcüzəvi bir hal kimi görünürdü, baryer təsiri bağışlayırdı. Həmçinin digər tibbi risklər diqqətimizdə idi".

Nazir müavini əlavə edib ki, müxtəlif orqanların köçürülməsini gözləyən pasiyentlər mövcuddur:

"Buna görə də transplantasiya əməliyyatlarının sayının və əlçatanlığının artırılması qarşımızda duran məqsədlərdəndir. Çox güman ki, gələcəkdə transplantasiya əməliyyatlarına ehtiyac olmayacaq. Tibbin inkişafı bunu deməyə imkan verir. Amma bu, çox uzaq gələcəkdir. Ona görə də transplantasiya xidmətlərinin keyfiyyətini və sayını artırmaq istəyirik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 308   Tarix: 31 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş Prokurorluqdan Onkologiya Mərkəzindəki hadisə ilə bağlı müraciət

Baş Prokurorluq Milli Onkologiya Mərkəzində törədilən partlayışla bağlı yenidən məlumat yayıb. Qaynarinfo xəbər verir ki, açıqlamada deyilir:. "Partlayışla əlaqədar ağır xəsarətlər almış həmin tibb müəssisəsinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Nəsirli mayın 5-i saat 21:45-də müalic

6 may
.

Bir aydır bağlı olan yoldakı 2 metrlik çuxur nə vaxt təmir olunacaq?

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xaçmazın İstisu qəsəbəsindən keçən yoldakı çuxura avtomobil düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Minik avtomobilini iki metrədək dərinliyi olan çuxurdan çıxarmaq üçün əraziyə texnika cəl

6 may
.

Futbol oynayarkən ölən tələbənin - Fotosu

Xəbər verdiyimiz kimi, Mingəçevirdə 20 yaşlı oğlan futbol oynayarkən vəfat edib. "Qafqazinfo"nun məlumatına görə, stadionda ölən 2006-cı il təvəllüdlü Həsən Məhəmməd Abdullah oğlunun fotosu yayılıb. Qeyd edək ki, ilkin məlumata görə, onun dili qatlanıb və bu səbəbdən həyatını xilas etmək mümkü

5 may
.

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazandı

Xərçəngə qalib gələn şagird olimpiadada qızıl medal qazanıb. bu barədə "Azərbaycan Universitetləri" səhifəsinə istinadən xəbər verir. Qeyd olunub ki, kimya və biologiya təmayüllü Respublika Liseyinin doqquzuncu sinif şagirdi Emin Mustafazadə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölk

6 may
.

Bakıda məhkum kamera yoldaşını qətlə yetirib

Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd

6 may
.

"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı

Bakı şəhəri, Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranının zirzəmisində ofisantlar arasında baş verən dava ilə bağlı məhkəmə qərar verib. Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Kamran Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsin

5 may
.

"2026-cı ilin "Qadın fermerlər ili" elan olunması kənd təsərrüfatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır"

Azərbaycan kənd təsərrüfatının modernləşdirilməsinə dəstək davam edəcək. xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bu gün Bakı Ekspo Mərkəzində işə başlamış Azərbaycan Beynəlxalq Kənd Təsərrüfat

5 may
.

Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. Əmrə əsasən, AAYDA-nın Söküntülər idarəsinin rəisi Cavidan Həsənov vəzifəsindən aza

6 may
.

Reseptini özü kəşf etdi, 29 ildir eyni ədviyyatı satır

Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən bir ədviyyatçının illər əvvəl hazırladığı xüsusi ədviyyat qarışımı bu gün də böyük maraq görür. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ədviyyatçı 3 illik uzun sınaq və araşdırmalardan sonra 29 müxtəlif məhsulun qarışığından ibarət resept

6 may