Pinqvinlərin gizli həyatı - Onların şirin görünüşlərinin arxasında nə gizlənir?

Pinqvinlərin gizli həyatı - Onların şirin görünüşlərinin arxasında nə gizlənir?Pinqvinlər düşündüyümüzdən daha dözümlü və mürəkkəb canlılardır. Onların sevimli və oynaq görünüşü arxasında sərt iqlim şəraitinə uyğunlaşma, uzun məsafələr qət etmə, sıx koloniyalarda yaşama və məhdud qida ehtiyatları ilə başa çıxma bacarığı dayanır. Bu xüsusiyyətlər milyonlarla il ərzində formalaşmış bədən quruluşu və davranış vərdişləri sayəsində mümkün olub.

Lent.az xəbər verir ki, imperator pinqvinləri su altında saatda 35 kilometrə qədər sürət yığa bilir.

Bu da onlara balıq və kalmar ovlamaqda kömək edir. Onların üzgəc formasındakı qanadları hər hərəkətdə qaldırıcı qüvvə və itələmə yaradır. Pinqvinlərin tükləri minlərlə sıx yerləşmiş lələkdən ibarətdir; bu lələklər suyu itələyir, buzun yapışmasının qarşısını alır. Quyruq nahiyəsində yerləşən yağ vəzisi isə istilik izolyasiyasını və quruluğu qorumağa kömək edir.

Bu quşların yerimə tərzi bir qədər yöndəmsiz görünsə də, pinqvinlər quruda onlarla kilometr məsafə qət edə bilir. Buz üzərində isə qarınları üstə sürüşərək hərəkət edir və beləliklə enerjiyə qənaət edirlər.

Dünyada 18 növ pinqvin mövcuddur və onlar yalnız Antarktidada deyil, həm də Cənubi Amerikada, Afrikada, Avstraliyada, Yeni Zelandiyada və hətta ekvatora yaxın Qalapaqos adalarında yaşayırlar.

Pinqvinlərin qara-ağ rəngi təbii maskalanma rolunu oynayır: yuxarıdan baxdıqda tünd kürək okeanın dərinliyi ilə, aşağıdan baxdıqda isə ağ qarın suyun səthi ilə uyğunlaşır. Onların qidası tamamilə ətlidir. Dişləri olmasa da, dillərində yerləşən sərt çıxıntılar sürüşkən ovun tutulmasına və boğaza yönləndirilməsinə kömək edir.

Koloniyalarda pinqvinlərin sosial həyatı olduqca mürəkkəbdir. Cütlüklər çox vaxt mövsümdən-mövsümə dəyişir, balalar isə istilik və qorunma üçün "uşaq qrupları"nda toplaşırlar. Hər pinqvinin özünəməxsus səsi olur və bu xüsusiyyət valideynlərə minlərlə oxşar quşun arasında balalarını tapmağa imkan verir.

Bütün bu uyğunlaşmalara baxmayaraq, bir çox pinqvin növü təhlükə altındadır. İqlim dəyişiklikləri, dəniz buzlaqlarının azalması və qida çatışmazlığı populyasiyalara mənfi təsir göstərir. Afrika pinqvini kritik həddə həssas növ kimi tanınır, imperator pinqvini isə yox olmaq təhlükəsinə yaxın hesab olunur. Hazırda qoruma tədbirləri əsasən yaşayış mühitinin mühafizəsinə, balıqçılığın nəzarətdə saxlanılmasına və populyasiyaların sağlamlıq vəziyyətinin monitorinqinə yönəlib.

Qeyd edək ki, əvvəllər demək olar yoxa çıxmış hesab edilən təhlükəli parazit, ət yeyən vintvari qurd da yenidən diqqət mərkəzinə düşüb. Onun ölkə ərazisinə həddən artıq yaxınlaşdığı və kütləvi şəkildə yayılma riski yaratdığı bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 760   Tarix: 01 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr