JA Manafaru: Maldivlərin ən şimalında "əsl Maldivlər" təcrübəsi

JA Manafaru: Maldivlərin ən şimalında "əsl Maldivlər" təcrübəsiJA MANAFARU

Maldiv adalarının ən şimal atolu olan Haa Alifdə cənnəti xatırladan bir adada yerləşən JA Manafaru kurortu qonaqlara "əsl Maldivləri" yaşatmağı qarşısına məqsəd qoyur.

Gent.az xəbər verir ki, sahəsi 14 hektardan çox olan bu özəl ada, ucqar bir məkanda tənha istirahətin dəbdəbəsini beşulduzlu xidmət və komfortla birləşdirir. Kurort Maldiv mədəniyyəti, ənənələri və təbiəti ilə sözün əsl mənasında yoğrulub və "hər şey daxil" sistemi üzrə həqiqətən autentik, tam rahatlamağa imkan verən istirahət təklif edir.

JA Manafaru qonaqları üçün rahat və birbaşa transfer imkanları mövcuddur: təxminən 70 dəqiqəlik mənzərəli hidroplan uçuşu birbaşa kurorta, alternativ olaraq isə Velana Beynəlxalq Hava Limanından 50 dəqiqəlik uçuş və ya sürətli katerlə yolçuluq mümkündür. Ada qonaqları qüsursuz təmiz çimərliklər, Hind okeanına açılan panoramik mənzərələr, zəngin sualtı aləm və toxunulmamış təbii landşaftlarla qarşılayır.

JA Manafaru: Maldivlərin ən şimalında "əsl Maldivlər" təcrübəsiAda üslubunda inşa edilmiş kurortun memarlığında onun unikal coğrafi mövqeyini və tarixini simvolizə edən şərq çalarları hiss olunur. Möhtəşəm fasadlar ağac və bambuk kimi təbii materiallardan istifadə edilən, təbii rəng tonlarında tərtib olunmuş dəbdəbəli interyerlərlə ahəng təşkil edir və canlı, təbii atmosfer yaradır. Adada 84 çimərlik və suüstü villa, o cümlədən 3 rezidensiya, restoranlar və çoxsaylı unudulmaz ada əyləncələri mövcuddur.

"Cənnət dadları" vədini yerinə yetirən JA Manafaru hər biri xüsusi hazırlanmış menyusu ilə seçilən altı restoranı bir araya gətirir. Ocean Grill kurortun ən məşhur restoranıdır və birbaşa çimərlikdə dəniz məhsulları və ət steykləri təqdim edir. Kakuni günboyu açıqdır və beynəlxalq mətbəxin geniş seçimlərini təklif edir. Əsas hovuzun yanında, palmalar arasında yerləşən Andiamo Bistro Aralıq dənizi üslubunda fəaliyyət göstərir. White Orchid isə JA Manafaru-nun imza məkanıdır - burada günorta çayı, kanapeler, rahat iri divanlar və ən valehedici günbatımı mənzərələri təqdim olunur.

Kurortun ən unikal məkanlarından biri The Cellar hesab olunur - Maldivlərdə ilk iki mərtəbəli yeraltı şərab zirzəmisi. Meşənin dərinliyində, massiv palıd qapılarının arxasında, İndoneziya vulkanik daşları ilə döşənmiş pilləkənlərlə enilən, şam işığı ilə işıqlandırılan son dərəcə atmosferli bir zal gizlənir. Bu məkan zərifliyi və tarixi özündə birləşdirərək JA Manafaru adasının ən gözəl və tənha guşələrindən biri olaraq qalır.

JA Manafaru: Maldivlərin ən şimalında "əsl Maldivlər" təcrübəsiVeli Bar Hind okeanına açılan panoramik mənzərələri ilə Maldivlərin ən mənzərəli barlarından biridir. Burada müəllif kokteylləri, seçmə şərablar, həmçinin wellness yönümlü toniklər, tinkturalar və evdə hazırlanmış kombuça təqdim olunur. Gün ərzində sakit və rahat atmosfer hökm sürür, axşamlar isə canlı musiqi və karaoke ilə canlanır. Barda eyni zamanda şişa-lounge da mövcuddur.

Kurortda həmçinin müasir Horizon Fitness Pavilion idman mərkəzi fəaliyyət göstərir. Burada dartınma studiyası, kardio trenajorlar və sahilə baxan fitnes zalları yerləşir. Müntəzəm olaraq açıq havada pulsuz yoqa dərsləri keçirilir və qonaqlar Hind okeanı fonunda gün doğumu və gün batımı mənzərələri ilə unikal təcrübə yaşayırlar.

Calm Spa mərkəzi JA Manafaru-da emosional rahatlama və fiziki bərpa üçün çoxəsrlik ayurvedik metodlara və Maldiv-Asiya ənənələrinə əsaslanan wellness prosedurları təklif edir. Qonaqlar həmçinin böyük banyan ağacının altında yerləşən açıq hava məkanı Ananda-nı ziyarət edə bilərlər - bu məkan meditasiya, dua və mədəni mərasimlər üçün istifadə olunur.

JA Manafaru: Maldivlərin ən şimalında "əsl Maldivlər" təcrübəsi"Calm Spa"da fəaliyyət göstərən dəvətli mütəxəssislər hər biri sağlamlıq, hərəkət və bərpa sahəsində özünəməxsus yanaşma təqdim edir. Məhdud müddət üçün nəzərdə tutulan bu proqramlar dünya təcrübəsinə və qədim ənənələrə əsaslanan xüsusi sağlamlıq kurslarından keçməyə imkan yaradır.

Wellness proqramları ilə yanaşı, JA Manafaru qonaqlara Maldivləri daha dərindən hiss etmək üçün təbiət və xüsusi planlaşdırılmış təcrübələr təqdim edir. Kurort ərazisində veykbordinq, SUP-sörfinq, parasailing və tubing üçün avadanlıqlarla təchiz olunmuş su idmanı mərkəzi fəaliyyət göstərir. Sualtı aləmi sevənlər üçün isə Haa Alif atolunun mərcan riflərinə müşayiətli dalış turları təşkil olunur.

JA Manafaru: Maldivlərin ən şimalında "əsl Maldivlər" təcrübəsiKurortdan kənar həyatı görmək istəyənlər üçün Ihavandhoo Experience mövcuddur - bu, yaxınlıqdakı yerli adaya imersiv səyahətdir. Hər çərşənbə axşamı saat 10:00-15:00 arası keçirilir və kurortdan çıxış (10:00), bələdçi ilə ada gəzintisi (10:30-12:00), aşpaz Moosa ilə Forage naharı (12:00-14:00), yerli mədəniyyət sessiyası və ənənəvi şou (14:00-15:00) daxildir. Yer sayı məhduddur. Gün delfin müşahidəsi ilə dəniz gəzintisi və ya iri balıq ovu ilə tamamlanır.

Hoteldə əlavə fəaliyyətlər də təklif olunur: keramika dərsləri ilə Clay Studio, xüsusi seçilmiş zinət əşyaları olan zərgərlik butiki, yeniyetmələr üçün teens arcade, eləcə də dovşanlarla ünsiyyət qurmaq üçün kiçik rabbit petting zoo.

JA Manafaru: Maldivlərin ən şimalında "əsl Maldivlər" təcrübəsiAdada uşaqlar üçün ayrıca Kids Zone mövcuddur və bu zona World Wide Kids tərəfindən sertifikatlaşdırılıb. Burada 3-7 yaşlı uşaqlar üçün həftəlik fəaliyyətlər keçirilir: kokos boyama, xəzinə axtarışı və dəniz qabıqları toplama.
Digər istirahət zonalarına oyun konsolları, bilyard masaları və kinoteatrı olan Chill Zone, həmçinin gündüz saatlarında uşaqlar və valideynlər üçün açıq olan daxili və açıq oyun məkanlarını birləşdirən Family Zone daxildir.
Açıldığı gündən etibarən JA Manafaru davamlı inkişafa sadiqdir və yerli icma ilə sıx əməkdaşlıq edir. Kurortda plastikdən istifadə edilmir, qismən günəş enerjisindən faydalanılır və səkkizmərhələli su filtrasiya sistemi mövcuddur.
JA Manafaru-nun ekoloji proqramlarına yerli əhalinin ətraf mühitin qorunması ilə bağlı maarifləndirilməsi də daxildir. Kurort yerli ekspertlərlə əməkdaşlıq edərək məktəblilərə və könüllülərə adaların təbii sərvətlərini qorumağı öyrədir və yaxın adaların sakinləri üçün iş imkanları yaratmağa davam edir.
JA Manafaru - çiçəklənən yerli icma, qədim banyan ağacları və ənənəvi mərcan evləri ilə "əsl Maldivlərin" bütün gözəlliklərini, ən yüksək səviyyəli qonaqpərvərliklə birləşdirən, həqiqətən də bütöv bir istirahət məkanıdır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 483   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Bakıda oğurluq iddiası: Malı çantalarına qoyub mağazadan çıxmaq istədilər - Video

Bakıda bir neçə nəfərin mağazalara daxil olaraq oğurluq etdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb. Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birində baş verib. İddia olunur ki, mağazaya müştəri qismində daxil olan qadınla

18 noyabr
.

Prezident təqaüdü alanların sayı açıqlandı

Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxr

18 noyabr
.

Azərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq

Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə

17 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr