Bu kəndin adı 23 hərfdən ibarət olması ilə diqqət çəkir!

Bu kəndin adı 23 hərfdən ibarət olması ilə diqqət çəkir!Türkiyədə rəsmi qeydlərə əsasən ümumilikdə 18 min 215 kənd mövcuddur. Kəndlərin sayına görə ilk sırada 1231 kəndlə Sivas, ən az kəndə sahib il kimi isə 43 kəndlə Yalova yer alır.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatları əsasında hazırlanan statistikaya görə, kənd sayına görə Sivasdan sonra 1054 kəndlə Kastamonu gəlir. Siyahının sonunda yer alan Yalovanı isə 131 kəndlə Niğde izləyir.

Kənd adları uzunluqlarına görə sıralandıqda isə maraqlı nəticələr ortaya çıxır. Uşak vilayətinin Mərkəz rayonuna bağlı "Halilefendi Çiftliğiköyü" 23 hərflə Türkiyənin ən uzun kənd adı kimi diqqət çəkir. İkinci sırada isə Çanaqqalanın Bayramiç rayonundakı "Koşuburnutürkmenleri" kəndi qərarlaşıb - bu ad 20 hərfdən ibarətdir.

Ən qısa kənd adları da siyahıda yer alır. Bunlar arasında Adıyamanın Kahta rayonundakı "Dut", Bilecikin Bozüyük rayonundakı "Ece", Siirtin Şirvan rayonundakı "Oya", Ardahanın Hanak rayonundakı "Geç", Afyonkarahisarın Şuhut rayonundakı "Efe" və Zonquldağın Devrek rayonundakı "Bük" kəndləri göstərilir.

Türkiyə xəritəsində mənalarına görə diqqət çəkən kənd adları da az deyil. Məsələn, Çorumun Sungurlu rayonundakı "Bunalan", "Dertli" və "Asayiş", Ərzincanın İliç rayonundakı "Çöpler", Kırşehirin Mucur rayonundakı "Bazlamaç", Yozqatın Şefaatli rayonundakı "Kaygılı", Iğdır mərkəzdəki "Panik", Kütahyanın Şaphane rayonundakı "Gaipler", Afyonkarahisarın Sandıklı rayonundakı "Ürküt", Qarsın Kağızman rayonundakı "Çilehane", Çanaqqalanın Çan rayonundakı "Dondurma", Bilecikin Gölpazarı rayonundakı "Dokuz" və Sivasın İmranlı rayonundakı "Sinek" kəndləri adları ilə maraq doğurur.

5442 saylı İl İdarəetməsi Qanununa əsasən, yeni kəndin yaradılması və ya yaşayış məntəqəsinin yerinin dəyişdirilməsi müvafiq nazirliklərin rəyi alındıqdan sonra Daxili İşlər Nazirliyinin təsdiqi ilə həyata keçirilir. Eyni qayda kənd adlarının dəyişdirilməsi, kəndlərin birləşdirilməsi və ya ayrılması, eləcə də hər hansı məhəllə və ya yaşayış hissəsinin bir kənddən ayrılaraq başqa kəndə birləşdirilməsi hallarında da tətbiq olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 767   Tarix: 02 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr