Tarkanın tərli dəsmalını alan fanatının xoşbəxtliyi yerə-göyə sığmadı! - VIDEO
İstanbulda 19 yanvardan etibarən konsert proqramı ilə səhnəyə çıxan Meqastar Tarkan, Volkswagen Arena-da baş tutan son çıxışında bir pərəstişkarına verdiyi sözü yerinə yetirib. Konsert zamanı göz-gözə gəldiyi fanatına işarə ilə "Sənə atacağam" mesajını verən sənətçi, mahnının sonunda tərini sildiyi dəsmalı birbaşa ona tərəf atıb. Həmin anlar sosial şəbəkələrdə böyük maraq doğurub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin bir fanatı ilə yaşadığı "dəsmal dialoqu" sosial medianın ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Çıxış zamanı ön sırada dayanan bir pərəstişkarı ilə baxışan Tarkan, performansını dayandırmadan ona dəsmalını verəcəyinə dair işarə edib. Şounun sonrakı dəqiqələrində isə tərini sildiyi qara dəsmalı onlarla insanın arasından məhz söz verdiyi fanata tərəf atıb. Bu jest həm sənətçinin səmimiyyəti, həm də pərəstişkarları ilə qurduğu yaxın münasibətin nümunəsi kimi alqışlanıb.
Həmin anları mobil telefonla lentə alan şanslı fanat yaşadığı həyəcanı sosial şəbəkədə "Manifest etmişdim, onun mənə gələcəyini bilirdim" qeydi ilə paylaşıb. Kadrlarda Tarkanın fanatına "OK" işarəsi etməsi və dəsmalı atdığı anların coşqusu aydın görünür. Konsertdən sonra sənətçi ilə xatirə fotosu da çəkdirən pərəstişkar sevincini "Xoşbəxt sonlar bir kadra sığar" sözləri ilə ifadə edib.
Yanvarın 19-da start götürən konsert seriyası ilə İstanbulda əsl Tarkan ab-havası yaşanır. Meqastar həm yeni albomundan mahnılar, həm də illərin hitləri ilə səhnəyə çıxaraq tamaşaçılara unudulmaz gecələr bəxş edir. Enerjisi və səhnə şouları ilə sənətçi pərəstişkarlarına "Kral geri döndü" dedizdirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO
Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy
18 sentyabrRusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabrRöyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19 sentyabrMaykl Ceksonun oğlu illər sonra diqqət mərkəzinə düşdü
Pop musiqisinin əfsanəsi Maykl Ceksonun böyük oğlu Prins Cekson uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib. xəbər verir ki, 29 yaşlı Prins atasının doğum günü münasibətilə Las-Veqasda keçirilən tədbirə qatılıb. Prins Cekson məşhur "Cirque du Soleil Michael Jackson ONE" şousunu izləyib
3 sentyabrBoşanıb, ayrıla bilməyən məşhurlar
Şou-biznes dünyasında boşanmalar çox vaxt qalmaqal, xəyanət ittihamları və milyonluq əmlak davaları ilə yadda qalır. -ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edir:. Nikahları bitsə də, münasibətlərini düşmənçiliyə çevirməyən və keçmiş həyat yoldaşları ilə dost qalmağı bacaran məşhurlarhe
30 avqustAlim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara
19 sentyabrElnarə Xəlilova da iynə ilə arıqlayır
Müğənni Elnarə Xəlilova da artıq çəkidən xilas olmağa çalışır. Axşam.az xəbər verir ki, sənətçi iynə vasitəsilə çəki atmağa hazırlaşdığını bildirib. E.Xəlilova bununla bağlı sosial şəbəkədə paylaşım edib
12 sentyabr"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə
5 sentyabrMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabr