Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - "Evrascon"da nə baş verir?
"Avro-Asiya İnşaat Kooperasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyətinin (ASC) vergi borcu daha da artıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin vergi borcu hazırda 6 718 407,21 manat təşkil edir.
Təxminən 1 ay əvvəl borcun məbləği 3 646 883,55 manat idi.
"Avro-Asiya İnşaat Korporasiyası "Evrascon" ASC 15 avqust 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 manatdır. Şirkətin qanuni təmsilçisi Həmzər İsmiyev İsmayıl-Əfəndiyeviçdir. Lakin o, ASC-nin sahibi deyil.
"Evrascon" ASC-nin sahibi kimi daha çox baş nazirin keçmiş müavini Abid Şərifov tanınır. Bu barədə mediada kifayət qədər məlumat yer alıb. Abid Şərifov isə özü mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib. Lakin onun bu açıqlaması səmimi qəbul olunmayıb. Çünki "Evrascon" ASC "Azərkörpü" ASC-nin bazasında yaradılıb. Bu ASC-nin isə Abid Şərifova bağlı olduğu sirr deyil.
"Evrascon" ASC-nin səhmlərinin 22 920 ədədi Abid Şərifovun xanımına məxsusdur. Bu barədə mediada gedən araşdırma materiallarında qeyd edilib.
Başqa bir fakt isə "Evrascon" ASC-nin əvvəllər yerləşdiyi hüquqi ünvanla bağlıdır. Məlumatlara görə, şirkət əvvəllər Şərifovlarla eyni ünvanda - Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73-də qeydiyyatda olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 420 Tarix: 03 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA
Paytaxtdakı "xruşovka"ların dəqiq statistikası aparılmayıb, lakin təqribi hesablamalara görə 4 minə yaxın belə tikili mövcuddur". xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə bu tikililərdə
18 martAllahşükür Paşazadə: "Yaxın dostumu itirdim"
Allahşükür Paşazadə Gürcüstanın katolikos-patriarx II İlyanın dəfnində iştirak edəcək. xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, uzun illər İlya ilə dostluq edib:. "O dai
20 martAzərbaycanda qısa iş günüdür - Sabahdan 11 günlük tətil başlayır
Bu gün Azərbaycanda qısa iş günüdür. xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb. Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Məcəlləyə görə, işçiyə iş günü hesa
19 martXırdalanın bu əraziləri işıqsız qalacaq
Xırdalanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə martın 19-da Abşero
18 martAilə institutu niyə zəifləyir? - AÇIQLAMA
Müasir cəmiyyətin sürətlə dəyişməsi ailə institutuna da təsirsiz ötüşmür. Əvvəllər xüsusi dəyər olaraq qəbul edilən ailə indi daha keçici bir quruma çevrilməkdədir. Bu dəyişikliklərin səbəblərini anlamaq, həm fərdi, həm də sosial səviyyədə ailə anlayışının gələcəyini dəyərləndirmək üçün vacibdir. Bə
19 martYaz fəslində və bayram tətillərində xəstəliklərdən necə qorunaq?
"Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər". xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib. Qeyd olunub ki, b
19 martQMİ sədri: "Raketlər sussun, qələmlər danışsın"
Allahşükür Paşazadə Yaxın Şərqdə və regionda baş verən gərginliyə münasibət bildirib. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazından sonra jurnalistlərə açıqlama verib. O bildirib ki, duaları tərəflərin razılığa gəlməsi yönündədir:. "Raketlər
20 martRamazandan sonra düzgün qidalanma - Ən vacib 5 qayda
"Bir aylıq Ramazan dövründən sonra orqanizm qarışıq qida rejiminə yox, normal ritm və balanslı rejimə daha yaxşı cavab verir. Səhərdən axşama qədər ac qalmağa öyrəşmiş həzm sistemi üçün ən məntiqli yanaşma ilk gündən etibarən 3 böyük deyil, 3 əsas və 1-2 kiçik ara qəbul formasında qidalanmaqdır"
18 mart