Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir

Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmirBəzən qısa və lokonik mesaj milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər. Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziya və radiolarda, influenserlərə, çöl və iç reklamlara xərclənir. Hətta www.statista.com saytı 2025-ci il üzrə Azərbaycan reklam bazarını 298.24 milyon ABŞ dolları həcmində dəyərləndirib. Lakin bəzən reklam olsa da satış və marja sahibkarlar üçün kifayət etmir. Biznesin inkişafı xərclərlə proporsional olmur. O zaman problem haradadır sualı ortaya çıxır.
Təbii ki, araşdırma, doğru ölçmə mexanizmləri olmadıqca müşahidə ilə fikir bildirmək çətinləşir. Lakin marketinq və kommuniksiya menecerləri də burda öz monotonluğunu qəbul etməlidir. Problem reklam sayında - çoxluğunda və ya azlığında yox, bütün brendlərin eyni dildə danışması, oxşar sloqanlardan istifadə etməsi, hətta eyni simalar, eyni influenserlərə müraciətindədir. Məsələn, bu gün bazarda çox brend var ki, fərqli olmaq istəyir, amma eyni cümlələri qurur: "mənim keyfiyyətim", "münasib qiymətə", "müştəri məmnuniyyəti", "inanılmaz endirim" və s. İnsanlar artıq bu sloqanları eşitmir, bu çağırışlara fərqli və loyal yanaşmır. Çünki daha öncə eyni sloqanlarla bağlı müsbət və ya mənfi təcrübəsi var. Bunlar artıq istehlakçı üçün doğru çağırış yox, fon səsidir. Buna görə də artıq dünyanın lider markaları marketinqi yeniləyərək "neyro marketinq"ə fokuslanır. İnsan beyni seçicidir. O, yalnız ona toxunanı təhtəl yaddaşında saxlayır. Qalan hər şey avtomatik filterdən keçir və bloklanır.
Günümüzün marketinqdə ən böyük səhv menecerlərin danışmaqla ünsiyyət qurmağı eyni şey olaraq görməsidir. Lakin müştərilərimiz üçün danışmaq təkcə mesajı ötürməkdir. Lakin onunla ünsiyyət, ona fərqli yanaşdığını hiss etməsidir. Yəni müştəri mesajla həyəcanlanmırsa, hərəkətə keçmirsə, o məlumatı paylaşmırsa xərclədiyiniz pul sadəcə itgidir.
Son olaraq onu da qeyd edək ki, hər bir mesajın altında hərəkətverici və müştəriyə toxunan səbəb olmalıdır. O zaman bazarda fərqiniz hiss olunacaq. Çünki insanlar reklama yox, özlərini anlayanlara reaksiya verir.
Yazını hazırlayan Marketinq və kommunikasiyalar üzrə ekspert, Elvin Babayev. Daha çox yazıları izləmək üçün linkedin səhfəsini izləyə bilərsiniz: https://www.linkedin.com/in/elvin-babayev-menecer/


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 453   Tarix: 03 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri: Qarabağda suverenliyin bərpasının siyasi və tarixi nəticələri

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu hadisə 2020-ci il Vətən müharibəsindən sonra yaranmış hərbi-siyasi reallığın məntiqi davamı olmaqla yanaşı

19 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr
.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr