Restoranlarda servis haqqı ləğv edilə bilərmi? - Ekspert mümkün nəticələrdən danışdı
Son dövrlərdə restoranlarda servis haqqının ləğv edilməsi bir sıra ölkələrdə geniş tətbiq olunur. Qardaş ölkə Türkiyədə də bu addım atılmış və müştərilər arasında müsbət rəylər alıb. Azərbaycanda isə bu təşəbbüsün yaxın gələcəkdə həyata keçirilib-keçirilməyəcəyi barədə maraq artmaqdadır. Başqa ölkələrdə, xüsusilə Türkiyədə ləğv edilən restoran servis haqqı Azərbaycanda da tətbiq olunacaqmı və bu addım ölkəmizdə müştərilər, restoran sahibləri üçün hansı nəticələr verə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb.
O, açıqlamasında qeyd edib ki, dünyanın bir çox ölkəsində hesaba servis haqqının əlavə olunması qadağan edilib, amma çaypulu verilməsi özlüyündə qadağan deyil:
"Azərbaycanda bütün restoranlarda servis haqqının tətbiq olunduğunu demək olmaz. Lakin, bəzi restoranlarda hesabın 10%-i xidmət haqqı kimi əlavə olunur. Bu, qanunla ləğv edilə bilər. Amma çay pulunu verməyi necə tənzimləmək olar ki, bu hər zaman könüllü qalsın? Yəni vətəndaş istəsə, hesabın 1-10%-i qədər məbləği restorana xidmət haqqı kimi ödəyə bilər; bunu qadağan etmək mümkün deyil.
Dünyanın bir çox ölkəsində hesaba servis haqqının əlavə olunması qadağan edilib, amma çaypulu verilməsi özlüyündə qadağan deyil. Hətta ABŞ-da bu ənənə halını alıb və ştatdan ştata dəyişərək ümumiyyətlə 10-15% həcmində ödənilir. Bu tarixçəyə malikdir: ABŞ-da ofisiantların yarıdan çoxu tələbələrdir və ümumi razılıq var ki, tələbələrə yardım məqsədilə çaypulu verilməlidir. Lakin Amerikada çaypulundan vergi ödənilməsi məsələsi mövcud idi və Tramp administrasiyası bunu 2023-cü ildə ləğv etdi. Yəni, belə qaydaların Azərbaycanda da tətbiq olunması mümkündür".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək
"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"
25 avqust 2021Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA
Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların
15 may 2021İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind
13 iyul 2021Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO
Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad
3 sentyabr 2021Bitkoin yenə bahalaşdı
Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub
8 avqust 2021İqtisadiyyatı ilə daha da güclü ölkəyə çevrilməyin ŞANSLARI...Biznesmen RƏYİ
Artıq Azərbacan hərbi, siyasi, iqtisadi və bu kimi vacib sahələr üzrə miqyasını qısa zamanda genişləndirməyi bacardı. Hətta dünyanın nəzəri və diqqəti, həmçinin biznes hədəfləri, planları da Azərbaycana yönəlib. Bundan peşəkarcasına faydalanmaq ölkə iqtisadiyyatı üçün daha bir təkana çevriləcək. Mövzun
12 iyul 2021