Barış Akarsunun ailəsindən suiqəsd iddialarına açıqlama
"Epstein sənədləri"nin yenidən gündəmə gəlməsindən sonra sosial şəbəkələrdə köhnə iddialar və müxtəlif konspirasiya nəzəriyyələri də yenidən yayılmağa başlayıb. Bu paylaşımlar arasında 2007-ci ildə keçirdiyi yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən müğənni Barış Akarsu ilə bağlı iddialar da yer alıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bəzi sosial media istifadəçiləri sənətçinin "Kimdir O?" mahnısından sonra vəfat etməsini əsas gətirərək qəzanın "suiqəsd" ola biləcəyi ilə bağlı əsassız fikirlər səsləndiriblər. İddialar qısa müddətdə geniş yayılarkən, məsələ ilə bağlı sənətçinin ailəsindən açıqlama verilib.
Barış Akarsunun əmisi oğlu tərəfindən yayılan açıqlamada bu iddialara qəti şəkildə etiraz olunub. Bildirilib ki, sənətçinin ölümü bədbəxt yol qəzası nəticəsində baş verib və hadisənin fərqli istiqamətlərə yozulması düzgün deyil.
Açıqlamada qeyd olunub: "Mərhum qardaşıma olan sevginiz və marağınız bizim üçün çox dəyərlidir. Ancaq təxminən 19 il əvvəl baş vermiş bu qəzanın baxış sayı toplamaq naminə fərqli yerlərə çəkilməsinə lütfən imkan verməyin. Qardaşım təəssüf ki, talehsiz yol qəzası nəticəsində həyatını itirib. Bunun ‘Kimdir O?’ mahnısı və ya başqa hər hansı hadisə ilə heç bir əlaqəsi yoxdur. Onun xatirəsinə doğru şəkildə sahib çıxmağınızı xahiş edirəm."
Ailə üzvləri Barış Akarsunun adının əsassız və spekulyativ iddialarla gündəmə gətirilməməsini istəyərək, sənətçinin xatirəsinə hörmətlə yanaşmağa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 910 Tarix: 03 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Siqaret yalnız sağlamlığınız üçün zərərli deyil: yeni risk AŞKARLANDI
15 ölkədə aparılan genişmiqyaslı araşdırma bu vərdişin gözlənilməz təsirini üzə çıxarıb. Məlum olub ki, zaman keçdikcə siqaret çəkmək insanın həyatına ciddi şəkildə təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, siqaretin tanış olmaq, söhbəti davam etdirmək və ya həmkarlarla vaxt keçirmə
17 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrToyuğun döşü, yoxsa budu daha faydalıdır?
Toyuq döşü adətən sağlam qidalanmağa diqqət edən insanlar üçün daha yaxşı seçim hesab olunur. O, yağsızdır, zülalla zəngindir və nisbətən az yağ ehtiva edir. Bud əti isə daha yağlı və kalorili olduğundan bəzən avtomatik olaraq daha az faydalı seçim kimi qiymətləndirilir. Lakin əslində məsələ o qədə
19 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrMumiyalanmış insan qalıqları internetdə satılır: Həyəcan təbili
Bioarxeoloqlar sosial şəbəkələrdə, onlayn marketpleyslərdə və hərraclarda mumiyalanmış insan qalıqlarının satışının artması ilə bağlı sağlamlıq üçün real təhlükə barədə xəbərdarlıq ediblər. Alimlər bu qənaətə mumiyaların fraqmentlərinin satışı ilə bağlı 128 elan və paylaşımı araşdırdıqdan sonra gəliblər
17 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrGözlər insult riskini illər əvvəl xəbər verə bilər - Yeni araşdırma
Gözün tor qişasının skan edilməsi qulaqcıqların fibrilyasiyasını (QF) diaqnoz qoyulmazdan bir neçə il əvvəl müəyyən etməyə və beləliklə, insult riski yüksək olan şəxsləri vaxtında aşkarlamağa imkan verə bilər. London Universitet Kollecinin Oftalmologiya İnstitutunun tədqiqatçıları bu qənaətə gəliblər
17 sentyabr